Ermənistan tərəfi mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir

7c1deb77 1e38 3a8c 9bb9 608ed52c8f7d

Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. “Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilib ki, Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır: “Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün … Read more

Ermənistan sərhəddə təxribat törədib, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

51ca307f df57 3438 80f0 f29d0b7fe9b5

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Xəbərə görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. “Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri … Read more

Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb

Indir 2023 09 01T113418.070

Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb. “Qərb Xəbər” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən … Read more

Sentyabrın 3-də 600-ə yaxın şagird əlavə imtahan verəcək

Imtahanmuellim 300x162

Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. “Qərb Xəbər” məlumat verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı … Read more

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

51ca307f df57 3438 80f0 f29d0b7fe9b5

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə … Read more

Rusiya Qarabağdan çıxır, Türkiyə isə artıq Ermənistandadır

Modest kolerov

Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur. “Qərb Xəbər” xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib. O bildirib ki, sülhməramlıların özləri Qarabağda “quş hüquqları” (müvəqqəti, köçməyə hazır – red.) ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır: “Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına (2025-ci … Read more

ÜST: Dünyada koronavirusa yoluxma kəskin artıb

C78414ec 820d 3fa2 ac03 48513b1a6691

2023-cü il iyulun 24-dən avqustun 20-dək bütün dünyada təxminən koronavirusa 1,5 milyon yeni yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63 % çoxdur. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji hesabatında deyilir. Xəstəlikdən ölüm halı 2 min nəfərdən çox olub ki, bu … Read more

Leysan olacaq, külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Hava kulc999k2

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. “Qərb Xəbər” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.   Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, … Read more

Azərbaycan XİN ABŞ-nin bölgədə “blokada” olması iddialarını qəbuledilməz adlandırıb

Xin

Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin … Read more

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

27673098 d3ac 3f8b 89de 3374d702436c

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılıb. “Qərb Xəbər”in məlumatına görə, Fransanın Monako şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. A qrupu: “Bavariya” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə). B qrupu: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), PSV (Niderland), “Lans” (Fransa). C qrupu: “Napoli” (İtaliya), “Real” (İspaniya), “Braqa” (Portuqaliya), “Union” (Almaniya). D … Read more

“Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb

Indir 2023 09 01T085110.504

“Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. “Qərb Xəbər”in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya “Olimpiya”sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlardan Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı … Read more

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var

Qəza

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var. “Qərb Xəbər”in məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1980-ci il təvəllüdlü … Read more

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mn1

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. “Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

DİM: “Ali təhsil müəssisələrinin qəbul planı 93.94 % dolub”

Dim

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb. Mərkəzdən “Qərb Xəbər”ə verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla … Read more

Sabahdan peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır

64f0576cb3b7964f0576cb3b7b1693472620ef4d03e576a9baa36e9b72883cdd5cd1

Sabahdan 2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir. Bu barədə “Qərb Xəbər”ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib. Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 5 sentyabr saat 18:00-dək davam edəcək. Peşə … Read more

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Xin

Avqustun 31-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür. “Qərb Xəbər” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair … Read more

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Mn1

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda qeyd olunub..

Araik Arutyunyan istefa verib

Terrorist araik arutyunyan

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib. “Qərb Xəbər”in xəbərinə görə, o bu barədə sosial şəbəkə səhifəsində yazıb. A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

Universitetlərə qəbul balları niyə aşağı düşüb?

1589192278 kamran4

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayət qədər fərqlənir. I ixtisas qrupunda alt qrupların yaradılması, həmçinin informatika fənninin daxil edilməsi öz təsirini göstərməli idi. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Trend-ə ekspert Kamran Əsədov deyib. O qeyd edib ki, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) prosesslərin avtomatlaşdırılması ixtisasının keçid balı … Read more