Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda ictimai müzakirə təşkil edib.

2 həftə ago
A A
WhatsApp Image 2023-09-16 at 11.14.08 (1)

                                                                Press-reliz

 

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Bərdə Şəhər bələdiyyəsinin inzaibati binasında keçirilən tədbirə 25 nəfər Bərdə rayon sakini qatılıb.

Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi cəbhəyanı regionda  sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir. Belə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirməkdədir.  Respublikamız müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə ifadə edir. Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağı bəyan edib. Layihə çərçivəsində artıq Ağdam, Tərtər və Qazax rayonlarında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün  həyata keçirilməsi vacib olan addımlarla bağlı region sakinlərinin rəyləri öyrənilib”.

Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov müzakirə olunan mövzu ilə gözləntiləri açıqlayıb.

Tədbirdə çıxış edən Bərdə rayon sakini olan şəhid atası ermənilərlə birgəyaşayışın mümkün olacağını qeyd etdi: “Biz əvvəllər ermənilərlə çox yaxşı əlaqələr qururduq. Kənd təsərrüfatı mallarımızı Xankəndiyə satırdıq. Ustalar ermənilər olurdu həmişə, evlərin tikilməsində iştirak edirdilər. İndi də mən müəllim olaraq gedib onlara dərs deməyə hazıram. Baxmayaraq ki, övladım şəhiddir, əgər dövlətimizin siyasi mövqeyinə uyğun olarsa, gələcəkdə Xankəndində erməni uşaqlarına dərs deyərdim”.

İki qardaşı I Qarabağ müharibəsində qazi olan xanım iştirakçı qeyd edib ki, doğmalarının nə əziyyət çəkməsinin canlı şahididir: “Mən heç vaxt onlarla (ermənilərlə) əvvəlki münasibətləri qurmağa hazır deyiləm. I Qarabağ müharibəsi zamanı mənim 15 yaşım var idi və biz çölə çıxa bilmirdik, çörək tapa bilmirdik, işıq yox idi, təhsildən uzaq qalmışdıq. Bunları unuda bilmərəm”

44 günlük Vətən Müharibəsi iştirakçısı olan Bərdə rayon sakini qeyd edib ki, ermənilərlə birgəyaşayışa psixoloji olaraq hazır deyil: “Ermənilər tolerant bir vətəndaş olaraq demək istəyirəm ki, digər milli azlıqlar kimi bizim qanunvericiliyimizi qəbul edib yaşayacaqlarsa, yaşasınlar, əks halda bizim ölkəni tərk etsinlər.”

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

WhatsApp Image 2023-09-16 at 11.14.12 WhatsApp Image 2023-09-16 at 11.14.09 WhatsApp Image 2023-09-16 at 11.14.08 (1) WhatsApp Image 2023-09-16 at 11.14.08

Son xəbərlər

6517cdf3378156517cdf33781616960588676517cdf3378106517cdf337813

Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

30 Sentyabr 2023
indir (28)

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 Sentyabr 2023
be2d6ccd-4064-3a15-a9a0-34bc7f079c61_850

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

30 Sentyabr 2023
images (2)

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 Sentyabr 2023
1683605598

Britaniya XİN: “Bəzi Avropa ölkələri müharibədən yorulduğu üçün Ukraynaya dəstəyi azaltmaq istəyir”

30 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.