Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Aİ-də sığınacaq üçün müraciətlərin sayı kəskin artıb

E87930f5 80b5 3690 8eb3 660503a91376

Avropa İttifaqına (Aİ) ilin sonuna kimi sığınacaqla bağlı bir milyondan çox müraciət daxil olacaq. Doqquz ay ərzində 937 minə yaxın belə müraciət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Aİ-nin Sığınacaq Agentliyi məlumat yayıb. Təkcə oktyabr ayında agentlik təxminən 123 000 müraciət qeydə … Read more

Qazaxıstan və Özbəkistan prezidentləri Rusiyaya səfər edib

65896cef4d07f65896cef4d080170350513565896cef4d07d65896cef4d07e

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan lideri Şavkat Mirziyoyev rusiyalı həmkarları Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqa səfər ediblər. “Qərb Xəbər” məlumat verir ki, Qazaxıstan və Özbəkistan liderləri Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək məqsədilə səfər ediblər. İclas çərçivəsində Aİİ ölkələrinin liderləri inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas vəzifələri və əsas istiqamətləri müzakirə etməyi planlaşdırırlar.

Paşinyan Rusiyada səfərdədir

658965b2cb5dd658965b2cb5de1703503282658965b2cb5db658965b2cb5dc

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada səfərdədir. “Qərb Xəbər” məlumat verir ki, Paşinyan 25-26 dekabr tarixlərində Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.

“Turan Tovuz” qış hazırlığını Türkiyədə keçəcək

Indir (20)

“Turan Tovuz” klubunun qış hazırlıq planı bəlli olub. “Qərb Xəbər” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Lara bölgəsindəki “Ask Lara” otelində məskunlaşacaq kollektiv ayın 17-dək toplanışı burada davam etdirəcək. “Turan Tovuz” həmçinin 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Hələlik rəqiblər bəlli deyil.

Nikolu Rusiyaya aparan üç səbəb: İrəvan niyə geri çəkilir?

Asif

Rusiya ilə qarşıdurma fonunda Putinlə görüşdən qaçan Paşinyanın uzun müddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var. Biricinsi, iqtisadi amillərdəndir: KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi alternativ imkanları olsa da, iqtisadi alternativi yoxdur, bu baxımdan, Ermənistanın Aİİ bazarına ehtiyacı var və siyasi-hərbi müstəvidə nə qədər … Read more

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb

Indir 2023 12 25T135501.826

Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın Baş prokurorlarının görüşünün nəticəsi barədə deyib. “Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses … Read more

Azərbaycanda bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi müəyyənləşib

Aed56bf3 7428 369b 86fe 3815a300d8fc

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.r “Qərb Xəbər” məlumat verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd … Read more

Ağstafada evdə partlayış olub, ölən var

Images 2023 12 25T125210.419

Ağstafada evdə partlayış baş verib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb. İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib

Vaqif Xaçatryan yenidən hakim qarşısına çıxarıldı

Vaqif xacatryan

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. “Qərb Xəbər” məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın … Read more

İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib

0816d63e 4684 3223 917a 3c9fa01acdf2

Qəzza zolağında İsrail Müdafiə Ordusunun zərərsizləşdirdiyi HƏMAS hərəkatının yaraqlılarının sayı açıqlanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat verib. “İsrail Müdafiə Ordusu Qəzza zolağında oktyabrın 7-dən bəri HƏMAS hərəkatının 8 min yaraqlısını zərərsizləşdirib”, – nəşrin məlumatında qeyd olunub. Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından … Read more

Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib

98be232a f81c 3e68 a51c 0ec8e1773437

Azərbaycandan Rusiyaya “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən … Read more

Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb – RƏSMİ

Birinci sinifler oxu 040119 (1)

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra … Read more

Ukrayna Rusiyanın iki qırıcısını vurub

2f13f1ea 972c 3b06 8a2f 4c0727cf67b3

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinə məxsus iki döyüş təyyarəsini vurub. “Qərb Xəbər” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Ukrayna müdafiəçiləri Rusiyanın “Su-34” və “Su-30” bombardmançı qırıcılarını zərərsizləşdirib. Məlumata görə, onların hər biri 50 milyon dollar dəyərindədir.

Küləyin Aşağı Quşçuda törətdiyi fəsadlar

Indir 2023 12 25T110339.905

24.12.2024 cü ildə Qərb bölgəsində əsən küləyin fəsadları bir xeyli böyükdür.Bir çox yerlərdə,ağacların sınması,reklam tablolarının aşması,evlərin və binaların dam örtüklərinin uçması faktları qeydə alınıb. Bu kadrları “Qərb Xəbər” in izləyiciləri Tovuz rayonu Aşağı Quşçu kəndindən çəkib redaksiyamıza göndərib.Həmin kəndin sakini Şükürov Natiq Fəxrəddin oğluna məxsus olan bu evin də dam örtüyünü külək təmamilə kənara atıb.Qeyd edək … Read more

Şəmkirdə dülgər sexi yanıb

Trend fhn car fire

Şəmkirdə yanğın hadisəsi baş verib. “Qərb xəbər”in məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini 1960-cıi il təvəllüdlü Vaqif Musayeva məxsus ümumi sahəsi 70 kv.metr olan dülgər sexində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın … Read more

Güclü külək əsib, qar yağıb

6589175d5cfa16589175d5cfa217034832296589175d5cf9f6589175d5cfa0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Xidmətdən “Qərb Xəbər”ə verilən xəbərə görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək … Read more

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

1ce7c4d2 6d55 305c 9da4 7fd1214c5f08 850 (2)

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında “VAZ-2104” və “VAZ-21099” markalı avtomobillərin iştirakı ilə baş verniş qəza zamanı 1 nəfər – 1961-ci il təvəllüdlü Razim Mədətov ölüb. Daha 5 nəfər – 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşlı … Read more

Ötən gün vətəndaşlardan 1 avtomat, 2 tapança, 10 tüfəng götürülüb

Indir 2023 12 25T094126.221

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir “Qərb Xəbər” bildirir ki, 23-24 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Indir 2023 12 25T093608.004

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, rayon ərazisində 1978-ci il təvəllüdlü Şahin Qasımovu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib

Indir 2023 12 25T093207.095

BMT Baş Assambleyası dünya təşkilatının gələn il üçün büdcəsini 3,59 milyard dollar məbləğində təsdiq edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Oktyabrda BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının gələn il üçün 3,3 milyard dollarlıq büdcəsini Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edib. Qeyd edək ki, 2023-cü ildə təşkilatın büdcəsi … Read more