Dünya

İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib

25 dekabr / 12:13 1 dəq
0816d63e 4684 3223 917a 3c9fa01acdf2
25 dekabr / 12:13
Burada sizin reklamınız ola bilər

Qəzza zolağında İsrail Müdafiə Ordusunun zərərsizləşdirdiyi HƏMAS hərəkatının yaraqlılarının sayı açıqlanıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat verib.

“İsrail Müdafiə Ordusu Qəzza zolağında oktyabrın 7-dən bəri HƏMAS hərəkatının 8 min yaraqlısını zərərsizləşdirib”, – nəşrin məlumatında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrailin sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 200-dən çox insan girov götürülüb.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” adlı hərbi əməliyyatlara başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər