Ceyms Obrayendən yeni mesaj

Obrayen

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen xarici jurnalistlər üçün onlayn brifinqdə deyib. “Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, … Read more

“Azərbaycandan Azərbaycana prinsipi” Zəngəzur dəhlizi ətrafında qarşıduran tərəflərin hamısı üçün yeganə çıxış yoludur

Asif nerimanlı

Əliyev Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılmasında son nöqtəni qoydu: bu, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir; Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxır və dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qəbul etməyən Qərb də İrəvanın mövqeyini … Read more

Yanvarın sonunda Ermənistanla görüşdə Qazaxın anklav olmayan 4 kəndi müzakirə olunacaq

Asif nerimanlı

Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirdi. Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir? İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək. Daha öncə bir neçə dəfə bu haqda yazmışdıq: rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması … Read more

Bakıdan Naxçıvana iki dəhliz olacaq

Zengezur dehlizi

Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir. Qerbxeber.com  xəbər verir ki, bu barədə  “Axar.az” “TRT World”-a istinadən məlumat yayıb. Qeyd olunur ki, Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycanın … Read more

Bu il 5 şəhərə keçmiş məcburi köçkünlər qayıdacaq

Prezident Əliyev

İnfrastruktur layihələri (Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Qerbxeber.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına … Read more

Prezident işğalda qalan Kərki və Qazaxın yeddi kəndindən danışdı

Prezident Aliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb. Qerbxeber.com AzerTac -a istinadən xəbər verir ki, Prezident Əliyev, bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən … Read more

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Prez musahibe 900x614

Yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Qerbxeber.com  xəbər verir ki,müsahibədə Qarabağ münaqişəsi, sülh danışıqları, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin qarşıdan gələn növbədənkənar prezident seçkiləri barədə geniş danışan Prezident Əliyev, ictimaiyyəti düşündürən bir çox məsələlərə aydınlıq gətirib.  

SN: Qızılca xəstəsinin temperaturu normallaşırsa, valideynlər düşünürlər ki, onu təcrid etmək lazım deyil

659e7b2529684659e7b25296851704885029659e7b2529682659e7b2529683

“Qızılca xəstəliyinin karantin dövrü 21 günə qədər davam edir. Bu müddət ərzində yoluxma riski yüksəkdir”. “Qərb Xəbər” məlumat verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva deyib. O bildirib ki, xəstənin qısa zamanda bədən temperaturu normallaşırsa, valideynlər elə düşünürlər ki, xəstəni artıq təcrid etmək lazım deyil. “Bu, yanlışdır. Karantin dövrü … Read more

Blinken Bəhreynə səfər edəcək

659e763a15e25659e763a15e261704883770659e763a15e23659e763a15e24

ABŞ dövlət katibi Entoni Blinken Qəzzadakı böhranla bağlı Yaxın Şərq turunun son mərhələsi olaraq Bəhreynə gözlənilməz səfər edəcək. “Qərb Xəbər”“Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ diplomatı deyib. Mənbə bildirib ki, İordan çayının qərb sahilində Ramallah şəhərində Fələstin Prezidenti Mahmud Abbasla görüşən Blinken Qəzzada İsrail-Həmas müharibəsinin regional eskalasiyasının qarşısını almaq … Read more

Blinken Mahmud Abbasla görüşüb

659e7126ea1ed659e7126ea1ee1704882470659e7126ea1eb659e7126ea1ec

ABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, görüş Rəmallahda baş tutub. Qeyd edək ki, İordan çayının qərb sahili Blinkenin Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya və İsrailə səfərlərini əhatə edən regional turun son dayanacağıdır.

TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırış edib

5ee368f3 cf42 393b 895c a256dc895e31

TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırış edib. TƏBİB-dən “Qərb Xəbər”ə daxil olan məlumata görə, 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir Qeyd olunub ki, 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən … Read more

İbrahim Nebioğlu: ÇİNGİZ HÜSEYNOV və KİROVKALI BİR ALMAN

İbrahim nebioglu

Özbəkistanın o vaxtkı İstanbul Baş konsulunu ziyarətə getmişdim. Hardasa 2005 ya da 2006 olardı. Gözüm masasının üzərində bir dərgi, ordakı bir fotoya sataşdı. Daha doğrusu fotonun altındakı “Məhəmməd, Məmməd, Məmiş” sözləri çəkdi diqqətimi. Çingiz Hüseynovun məşhur povestinin Daşkənddə səhnəyə qoyulacağından yazırdı. Çox təəccüblənmişdim – Şərqdə, özü də Özbəkistanda bu əsəri səhnələşdirmək imkansız idi. Daşkənddəki “İlhom” … Read more

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır

659e48c20451d659e48c20451e1704872130659e48c204519659e48c20451b

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib. “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti … Read more

Milli QHT Forumunun X Qurultayı martda keçiriləcək

Indir 2024 01 10T113349.138

Milli QHT Forumunun X Qurultayı bu ilin mart ayında keçiriləcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni qurumun ümumrespublika forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu barədə Milli QHT Forumunun İcraiyyə Komitəsi qərar qəbul edib. R.Zeyni bütün QHT-ləri qurultayda iştirak etməyə çağırıb.

Qazaxda narkotik satışına görə 5 nəfər saxlanılıb

659e3fca744dd659e3fca744de1704869834659e3fca744da659e3fca744dc (1)

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Eyvaz Bayramov üzərindən aşkarlanan heroini Maral adlı qadından aldığını bildirib. … Read more

Bu gün Saakaşvilinin növbəti məhkəmə iclası keçiriləcək

659e356f60e54659e356f60e551704867183659e356f60e52659e356f60e53

Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin “pencək işi” üzrə növbəti məhkəmə iclası keçiriləcək. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, iclas saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində başlayacaq. Saakaşvilinin məhkəmədə iştirak edib-etməyəcəyi hələki məlum deyil. İş üzrə sabiq Prezident Saakaşvili, həmçinin Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Teymuraz Canaşiya qrup şəklində külli miqdarda … Read more

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

659e33941c024659e33941c02517048667089f31fedac2431d7d78d71f8e24744719

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. “Qərb Xəbər“ məlumat verir ki, müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi … Read more

XİN: Fransanın əsassız bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Bd157683 f8b3 3bed 9abe ab19ddbd3275

Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. “Qərb Xəbər” məlumat verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması … Read more

Yunanıstan XİN başçısı Ermənistanda səfərdədir

65b21661 ba69 3110 9348 f9f763b53dbf

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis rəsmi səfərlə İrəvana gəlib. “Qərb Xəbər” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yunanıstan XİN başçısının təyyarəsi Zvartnots hava limanına enib. Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.