Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

“Azərbaycandan Azərbaycana prinsipi” Zəngəzur dəhlizi ətrafında qarşıduran tərəflərin hamısı üçün yeganə çıxış yoludur

11 yanvar / 12:34 3 dəq
Asif nerimanlı
11 yanvar / 12:34
Burada sizin reklamınız ola bilər
Əliyev Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılmasında son nöqtəni qoydu: bu, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir;
Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxır və dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qəbul etməyən Qərb də İrəvanın mövqeyini müdafiə edir. Zəngəzur dəhlizi üzərindən geosiyasi mübarizənin baş verməsi həm regional kommunikasiyaların açılmasını, həm də Ermənistanla sülh məsələsini arxa plana atırdı. Əliyevin irəli sürdüyü “Azərbaycandan Azərbaycana prinsipi” isə Zəngəzur dəhlizi ətrafında qarşıdurma tərəflərinin hamısı üçün yeganə çıxış yoludur:
1. Qərbin istədiyi kimi, Naxçıvana gedən marşruta Rusiya nəzarət etməyəcək;
2. Ermənistan bu marşrut üzrə Çindən Avropaya daşınacaq yüklərə gömrük rüsumu tətbiq edə biləcək və öz ərazisində “dəhliz” açmayacaq, yalnız Azərbaycandan Naxçıvana daşımalara güzəşt tətbiq edəcək;
3. Azərbaycan Naxçıvana istədiyi “maneəsiz keçidi” əldə edəcək, eyni zamanda, Zəngəzur dəhlizi ətrafında geosiyasi qarşıdurmanın bölgəyə problemlər gətirməsinin qarşısı alınacaq və regional kommunikasiyalar açılacaq;
4. Rusiya 10 noyabr razılaşmasına uyğun Naxçıvana “maneəsiz keçid”ə nəzarət edə bilməsə də, regional kommunikasiyaların açılmasından qazana bilər, bununla həm də Ermənistana quru əlaqəsində Gürcüstan marşrutuna alternativ əldə edə bilər;
5. İranın Zəngəzur dəhlizi ilə bağlı “Cənubi Qafqaza çıxış imkanının itirilməsinə” dair illüziyaları aradan qalxacaq və kommunikasiyaların açılması ilə genişlənən regional bazardan iqtisadi qazanc əldə edə biləcək;
Bakı çıxış yolu təklif edir, İrəvan isə qəbul etmək niyyətində deyil. Mirzoyanın son açıqlamaları da bu yöndədir. Hərçənd, Əliyevin dediyi kimi bu baş verməsə, itirən Ermənistan olacaq, çünki bu ölkə ilə kommunikasiya açılmasa belə Azərbaycanın Avropa bazarına və əksinə çıxış imkanları var, eləcə də Naxçıvana İran marşrutu üzrə çıxa biləcək. Hətta İran marşrutunun baş tutmayacağı fors-major situasiya yaranacağı təqdirdə belə, Naxçıvanla əlaqənin ənənəvi qaydada davam etmək imkanları qalır.
Əliyevin təklifi əslində təkcə Azərbaycanın maraqlarının təmin edilməsi yox, həm də Ermənistan üçün dalandan “çıxış bileti”dir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı