Bölgə xəbərləri

FHN: Şəmkirdə körpüdən asılı qalan sürücü xilas edilib – Video

18 noyabr / 11:06 1 dəq
6195f9cdd5e5b6195f9cdd5e5c16372187656195f9cdd5e596195f9cdd5e5a
18 noyabr / 11:06
Burada sizin reklamınız ola bilər

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in saytının yaydığı məlumata görə, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər