Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bayden: Ukraynanın döyüş sursatı tükənmək üzrədir

65d8850f47b4265d8850f47b43170868865571130553f83b57205be313fad4caf505

Ukrayna Rusiyanın amansız hücumlarına qarşı xətti saxlaması üçün daha çox ABŞ dəstəyinə ehtiyac duyur. Qerbxeber.com xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin Ukraynada müharibənin ikinci ildönümünə dair bəyanatında belə qeyd olunub. “Bu müharibədən iki il keçsə də, Ukrayna xalqı böyük şücaətlə döyüşməyə davam edir. Amma onların döyüş sursatı tükənmək üzrədir. İran və Şimali Koreyadan silah-sursat … Read more

MN: Şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutulub

65d868022068665d8680220687170868121865d868022068465d8680220685

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun … Read more

Qazaxda avtoqəzada xəsarət alan müəllimə müalicə aldığı xəstəxanada vəfat etdi

Photo 5389021429548308423 x

Xəbər verildiyi kimi fevral ayının 17-si axşam saatlarında Qazax rayonunun Qarapapaq kəndində avtoqəza qeydə alınıb. Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olan zaman iki piyadanı vurub. Onlardan biri 1975-ci il təvəllüdlü Elmira Şıxlinski, digəri isə 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır. Elmira Şıxlinski bu saatlarda Gəncə şəhərində müalicə … Read more

Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi Qazax Dövlət Dram Teatrında həyata keçirilir

Photo 5389021429548308388 y

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrında, Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə Nicatın məşqləri davam edir. Qerbxeber.com xəbər verir ki, layihə çərçivəsində Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında “Love Butik” adlı tamaşa, eyni zamanda “Mən və Teatr Etikası” (Stanislavski sistemi) mövzusunda təlimlər nəzərdə tutulub. Layihənin məqsədi … Read more

Britaniya Navalnının ölümünə görə həbsxana rəhbərliyinə sanksiya tətbiq edib

65d5ed9ac961865d5ed9ac9619170851881065d5ed9ac961665d5ed9ac9617

Böyük Britaniya rusiyalı müxalif lider Aleksey Navalnının ölümünə görə saxlanıldığı cəzaçəkmə müəssisəsinin 6 yüksək rütbəli rəhbərinə sanksiya tətbiq edib. Qerbxeber.com BBC-yə istinadən xəbər verir ki, Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əsasən, sözügedən şəxslərin aktivləri dondurulub və onların Britaniyaya səfərinə qadağa qoyulub. Sanksiya tətbiq edilənlərdən biri cəzaçəkmə müəssisəsinin rəisi, beşi isə onun müavinləridir. “Navalnıya qəddar münasibətə … Read more

Kamil Zeynallı sərbəst buraxılıb

8bf39b90 5011 3c81 9c52 27dc167f4463 850 (1)

Kamil Zeynallı sərbəst buraxılıb. Bu barədə onun vəkili Ələkbər Qarayev bildirib. Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi. Report.az

Türkiyə-Azərbaycan Universitətinə qəbul imtahanı DİM tərəfindən keçiriləcək

Dim

Türkiyədə oxumaq istəyən tələbələrin bir hissəsi rahatlıqla Türkiyə-Azərbaycan Universitetini seçə biləcək. Qerbxeber.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, Universitetə qəbul üçün imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək: “Universitetdə magistratura pilləsinin olub-olmaması ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Bu universitetin təkcə Azərbaycan üçün deyil, … Read more

Səhiyyə Nazirliyi qriplə bağlı əhaliyə çağırış edib

Indir 2024 02 21T152355.228

Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir. Qerbxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır. O bildirib … Read more

Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləndirilib

65d5cbbb7f53a65d5cbbb7f53b170851013965d5cbbb7f53865d5cbbb7f539

Pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat sisteminə əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib. … Read more

 Neynər dərdli kəsə dərd indən belə?!.-Məhərrəm Göyüşoğlu yazdı

Indir 2024 02 21T125910.792

Müasir Azərbaycan ədəbiyyatında bir neçə Məmməd adlı böyük şairimiz var.Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl, Məmməd Dəmirçioğlu və Məmməd İlqar! Bu gün ustad şair, Məmməd İlqarın doğum günüdür. Məmməd İlqar Azərbaycan poeziyasında özünəməxsus yeri olan bir şairdi. Sözün qədrini bilən, sözlə portret çəkən bir rəssamdı. Məmməd İlqar şeri- insanın gözü önünə bir tablo sərir, onu … Read more

Rusiya Ukraynada müharibə başlayandan 200-dən çox hərbi pilotunu itirib

81300584 6818 31b1 8aad ac6a45a2768c

Rusiya Ukraynada müharibə başlayandan bəri ən azı 216 hərbi pilotunu itirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “BBC news” məlumat yayıb. Qeyd edilib ki, hər bir pilotun hazırlanması azı 6 il və 3 milyon dollardan çox vəsait tələb edir. Təkcə 2023-cü il ərzində Rusiya ən azı 62 hərbi pilotunu itirib. Bildirilib ki, daha 13 rusiyalı … Read more

Fevralın 23-də bütün müavinət və təqaüdlər ödəniləcək

Bankomat pensiya pul maash

Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Qerbxeber.com Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib. Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

İngiltərə və ABŞ-da aparılan dəhşətli araşdırma: minlərlə insan öləcək

Indir 2024 02 21T114915.465

İngiltərə və ABŞ-da aparılan araşdırmalara görə, Qəzzada atəşkəs elan edilsə belə, epidemiyalar, xəstəliklər və yaralanmalar kimi səbəblərdən avqusta qədər 11 min 580 adam həyatını itirəcək. London Universitetinin Gigiyena və Tropik Təbabətlər Məktəbi və ABŞ-ın Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli ssenaridə necə dəyişəcəyini açıqlayan hesabatını dərc edib. Hesabat atəşkəsin elan edildiyi, hazırkı hücumların … Read more

Türkiyədə dolların məzənnəsi 31 TL-yə yaxınlaşıb

65d5a0464daaa65d5a0464daab170849901465d5a0464daa865d5a0464daa9

Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib. Qerbxeber.com xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma … Read more

KİV: Ukraynanın raket zərbəsi nəticəsində 65 rus əsgəri ölüb

Indir 2024 02 21T102535.103

Ukrayna Silahlı Qüvvələri Donetsk yaxınlığında azı 65 Rusiya hərbçisi ölüb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Ukrainian Independent Information Agency” (UNİAN) məlumat yayıb. Məlumata əsasən, Ukraynanın Donetsk vilayətinin Trudovskoye kəndi yaxınlığında Rusiya ordusunun hərbçilərinin olduğu əraziyə 2 ədəd HİMARS raketi atılıb.   Zərbə nəticəsində ən azı 65 hərbçinin öldüyü bildirilib.

ABŞ-da Cənub Qaz Dəhlizinin inkişafı müzakirə edilib

Indir 2024 02 21T102142.534

Energetika naziri Pərviz Şahbazov ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib. Qerbxeber.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik … Read more

Kamil Zeynallı Ermənistanın tələbi ilə Rusiyada saxlanıldı – VİDEO

Fotojet (20)

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib. O, video müraciət edərək dövlət qurumlarından yardım istəyib. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib: “May ayından məni axtarışa veriblər”. Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil … Read more

Avropa Komissiyası drondan müdafiə sistemini gücləndirir

65d57af07ad6165d57af07ad62170848945665d57af07ad5f65d57af07ad60

Avropa Komissiyası (AK) Brüsseldə yerləşən mənzil-qərargahında pilotsuz uçan aparatlardan müdafiə sistemi quraşdırmağa hazırlaşır. Qerbxeber.com “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə Komissiyanın adının çəkilməsini istəməyən bəzi mənbələri məlumat yayıb. “Müdafiəsi güclü olmayan dövlət idarələrinin birbaşa yaxınlığında həyata keçirilən sanksiyalaşdırılmamış dron uçuşları potensial təhlükə yarada bilər”, – nəşr anonim mənbənin sözlərindən sitat gətirir. Mənbənin bildirdiyinə … Read more

Estoniyada Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi müzakirə edilib

Indir 2024 02 21T091606.263

Xarici siyasət və təhlükəsizlik üzrə estoniyalı ekspertlər ölkədə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinin mümkünlüyünü müzakirə ediblər. Qerbxeber.com məlumatına görə, bu barədə Estoniyanın ERR teleradio yayım portalı məlumat yayıb Bundan əvvəl dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib. Xarici İşlər Nazirliyinin məlumatına görə, Estoniyada Rusiyanın 38 milyon avroya yaxın aktivi … Read more

BMT Qəzzanın şimalına ərzaq yardımının göndərilməsini dayandırıb

65d567c70966265d567c709663170848455165d567c70966065d567c709661

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qəzza zolağının şimalına ərzaq yardımının çatdırılmasını dayandırmaq qərarına gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir. “FAO Qəzza zolağının şimalına təhlükəsiz şərait yaradılana qədər ərzaq yardımının tədarük edilməsini dayandırır”, – deyə məlumatda qeyd olunur. Təşkilat, tədarükün dayandırılması səbəbindən anklavdakı vəziyyətin daha da pisləşə biləcəyini və … Read more