Qazaxda avtoqəzada xəsarət alan müəllimə müalicə aldığı xəstəxanada vəfat etdi
Xəbər verildiyi kimi fevral ayının 17-si axşam saatlarında Qazax rayonunun Qarapapaq kəndində avtoqəza qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olan zaman iki piyadanı vurub. Onlardan biri 1975-ci il təvəllüdlü Elmira Şıxlinski, digəri isə 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır. Elmira Şıxlinski bu saatlarda Gəncə şəhərində müalicə aldığı Memorial Hospitalda dünyasını dəyişib.
“Qərb xəbər” bildirir ki bu barədə qardaşı Anar Şıxlinski məlumat verib.
Allah rəhmət eləsin.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı