Politoloq: Azərbaycan Ermənistandan üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməyi tələb edir
2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə politoloq Oktay Qasımlı danışıb. Cenevrədə olan görüş Azərbaycan tərəfinin daha prinsipal mövqe nümayiş etdirməsi əlbəttə ki, diqqətə layiq bir hadisədir və bu belə də olmalı idi.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını və beynalxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad edib və işğaldan sonra hazırkı dövrdə Ermənistana sülh təklif edir. Amma, Ermənistan bu günə qədər bütün vasitələrlə prosesləri uzadaraq təxribatlara əl ataraq, bu işi yubatmağa çalışır. Bundan əlavə olaraq təxribatlar törədərək Azərbaycana qarşı beynalxalq səviyyədə əks təbliğat kampaniyası aparmaqla psixoloji bir savaş aparır. Biz bunu son 12-13 sentyabr hadisələrində də bir daha gördük”.
Politoloq həmçinin qeyd edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi prinsipal mövqeyi və bütün məsələlərlə bağlı konkret mövqe sərgiləməsi onunla əlaqəlidir ki, Azərbaycan özünün mövqeyində haqlı olduğu və beynalxalq hüquqa uyğun davrandığını nümayiş etdirir.
“Bundan başqa, Ermənistan tərəfinə hansısa bir əlavə variantlardan istifadə edən prosesi yubatmamağı əslində həm də tələb edir. Yəni, orada həm prinsipal məsələlərlə bərabər sülh şərtləri və eyni zamanda minalanmış sahələrlə bağlı məslələrin birinci Qarabağ savaşı zamanı taleyi hələdə məlum olmayan 4 min azərbaycanlı ilə bağlı məsələlərin hazırlanması bunu göstərir ki, Azərbaycan bu məsələlərin hamsının cavabını almağa çalışır və Ermənistanı da üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməsini tələb edir.
Bu sərt ritorika gələcəkdə nə vəd edir məsələsinə gəldikdə isə, Azərbaycan Ermənistandan başqa heçnə tələb etmir. Sadəcə olaraq öz üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməsini tələb edir. Ancaq bu öhtəliklərin hələdə bir qismi yerinə yetirilmir. Düşünürəm ki, Ermənistan bu öhtəlikləri yerinə yetirməyib təxribatlara əl atacaqsa qarşılıq olaraq veriləcək cavab bəllidir”.
Onun sözlərinə görə, Ermənistanın təkcə demarkasiya, delmitasiya prosesi deyil eyni zamanda digər məsələləri də yubatması kommunikasiyaların açılmasında digər öhtəlikləri yerinə yetirməməsi mümkün qədər vaxtı uzatmaq və guya hansısa bir uyğun şərait yaranacağı halda şəraitin şərtlərini Ermənistanın xeyrinə ola biləcəyi yaxud ən azı ağır hesab etdiyi şərtlərin yüngülləşəcəyi düşüncəsindədir. Bunun üçün də Ermənistan müxtəlif təxribatlar törədərək bununla bağlı Azərbaycana qarşı informasiya və təbliğat savaşı aparır.
“Qərb hesab edirki, artıq Rusiyanın məqsədi bundan ibarətdir ki, Cənubi Qafqazadan sıxışdırıb çıxarmaq və burada öz nüfuzunu artırmaq və bu bölgədə yerləşməkdir. Bu baxımdan da Rusiyanın vasitəciliyi ilə bərabər son bir ildə Avropa birliyi kifayyət qədər aktiv vasitəciliklə məşğul oldu və bu vasitəçiliyin nəticəsində Azərbaycan və Ermənistan rəhbərlərinin 4 dəfə üzbəüz görüş təşkil olundu və məhz 2 oktyabr tarixində Cenevrədə keçirilən görüş barədə razılıq avqustun 31-də keçirilən üçtərəfli görüşdə əldə olunmuşdu. Yəni, bu vasitəçiliklərə sentyabr ayında ABŞ da qoşuldu. Belə ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirinin Nyu-yorkda görüşü təşkil olundu”.
Ülviyyə Həsənli





