Türkiyədə bələdiyyə seçkiləri-İlkin nəticələr

Turkiye sechki

Bu gün qardaş Türkiyə xalqı yeli idarə edicilərini-bələdiyyələri seçir. Türkiyə vaxtı ilə saat 17.00-da  seçki məntəqələri bağlanıb və səslər sayılmağa başlayıb. Bu gün axşam saat 20.00 -da bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb. Seçki qutularının 22,52 faizi açılıb. Ölkə üzrə ilkin  nəticələrə görə Cumhuriyət Xalq  partiyası 39,24 faiz səslə irəlidədir. “AK Parti” isə 38,16 faiz … Read more

Rusiyada miqrant ovu başladı-Taciklər həyacanlı

Crokus

Rusiyada miqrantlar əleyhinə əhvali-ruhiyyə güclənir. Martın 22-də “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar Rusiyada əmək miqrantlarına inamsızlıq alovlanıb. Terrorda şübhəli bilinərək saxlanılan şəxslərin tacik milliyətindən olması bütün Orta Asiyadan gələn əmək miqrantları üçün problemə çevrilib. Rusiyadakı tacik diasporu həyəcan təbili çalır: “Taciklər həyatlarına təhlükənin olacağından qorxub Rusiyanı tərk edirlər”.

Türkiyə prezidenti ABŞ-a səfər edəcək

TOPSHOT SPAIN NATO US TURKEY POLITICS DIPLOMACY SUMMIT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək. Reuters yazır ki, bu məlumatı martın 29-da Türkiyənin təhlükəsizlik rəsmilərindən biri verib. Bu, Türkiyə prezidentinin Co Bayden administrasiyasının hakimiyyəti dövründə Vaşinqtona ilk səfəri olacaq. Ərdoğan son dəfə Vaşinqtonda 2019-cu ildə olmuş və ovaxtkı prezident Donald Trampla görüşmüşdü. Reuters yazır ki, Türkiyə Bayden 2020-ci ildə prezident … Read more

Böyük müharibənin astanasında: Avropa savaş hazırlığı elan etdi

Dunya 1 900x506

Son vaxtlar qlobal müharibənin başlayacağı barədə xəbərlər yayılır. Beynəlxalq mediada bu barədə ardıcıl təhlillər verilir. NATO-Rusiya müharibəsinin başlayacağı ilə bağlı proqnozlar intensivləşir. Ukrayna müharibəsi konteksində Qərb koalisiyası ilə Rusiya arasında gözlənilən müharibə barədə diqqətçəkən açıqlamalar yayılır. Artıq bu mövzuda Avropa ölkələrinin, institutlarının rəsmi şəxsləri də açıqlamalar verirlər. Polşanın baş naziri Donald Tuskun gözlənilən müharibə haqda … Read more

Zelenski kadr dəyişikliyi edir

Ukrainian President Zelensky's address to the residents of Ukrainian cities

Ukrayna Prezidenti Vladimir Zelenski “Kvartal-95” studiyasının direktoru və təsisçisi Sergey Şefir daxil olmaqla bir sıra müşavir və köməkçiləri işdən çıxarıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Məlumata görə, Ukrayna müdafiəçilərinin hüquqlarının təmin edilməsi üzrə komissarı Alyona Verbitskaya və Ukrayna Prezidentinin könüllülük fəaliyyəti üzrə müşaviri Natalya Puşkareva da işdən çıxarılıb. İşdən çıxarılanlar … Read more

Fələstinin yeni Xarici İşlər naziri kimdir?

Ermeni felestinli nazir

Yeni Fələstin hökümətində erməni əsilli bir nazir yer alıb. Varsen Ağabekyan adlı qadın siyasətçi Fələstinin Xarici işlər və Köçkün Problemləri üzrə Dövlət Naziri postuna təyin olunub. Qerbxeber.com bildirir ki, bu barədə Ermənistanın “Hraparak”  nəşri   Wafa.ps veb-saytına istinadən xəbər yayıb. Fələstin Dövlət Başçısı Mahmud Abbas,19-cu Fələstin hökümətinə olan etimadını ifadə edən bir qərar imzalayıb. Yeni hökümət, 31 … Read more

Ombudsman Xankəndində erməni sakinlərlə görüşüb

Sabina Aliyeva

Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Ombudsman Aparatının məlumatına görə, Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. “Eləcə … Read more

Ukraynada eskalasiya riski əvvəlki qədər yüksək deyil-ABŞ generalı

Pentaqon

ABŞ Müdafiə Nazirliyinin hesablamalarına görə, Ukrayna tərəfinə “ATACMS” taktiki ballistik raketlərin verilməsi perspektivi fonunda hazırda Ukraynada gərginliyin artması təhlükəsi əvvəlki qədər yüksək deyil. Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.   Bununla da Braun Vaşinqtonun “ATACMS” raketlərini Kiyevə göndərmək ehtimalını şərh edib.

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazax polis sobesi

Qazaxda narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb. Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, Ş. Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. … Read more

Orta Asiya ölkələri vətəndaşlarını mümkün qədər Rusiyaya getməməyə çağırır

Orta asiya xerite

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkünsə Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib. Yerli medianın xəbər verdiyinə görə, Özbəkistanın hakimiyyət orqanları Rusiyada qalan və ya ora getməyi … Read more

İran rejimi Təbrizdə restoranlarə bağladı

Tebriz4

Təbrizin tarixi bazarında fəaliyyət göstərən restoran və kafelərin bağlanması iş adamları və yerli əhalinin etirazlarına səbəb olub. Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb. Bildirilib ki, yaz bayramı günlərində iş yerlərinin bağlanması şəhərə qonaq gələn turistləri də narazı salıb. Restoranların Ramazan ayı qaydalarını pozduqları bəhanəsi ilə fəaliyyətlərinin qadağan edildiyi bildirilib. “İsfahan, Kaşan və Şiraz kimi … Read more

Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində xəsarət alanların sayı artıb

Teror

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372 nəfər olub. Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə … Read more

Qazaxın kəndləri-2020-ci ilin 10 noyabrda nələr baş verib

10 noyabr

“2020-ci il 10 Noyabr bəyanatının ilkin variantında Tavuşla bağlı bənd var idi, sonradan çıxarıldı. Bu məsələ qarşılıqlı ittihamlar mövzusuna çevrildi, generallar dedilər ki, məhz onların sayəsində bu məqam aradan qaldırılıb, Paşinyan isə əksini bildirdi. Nikol toplantıların birində Tavuşla bağlı bəndə görə 10 Noyabr bəyanatını imzalamağa razı olmadığını açıqlamışdı”. Bu barədə “Hraparak” nəşri yazıb. Nəşrin iddiasına … Read more

Şəmkirdə yeniyetmə bıçaqlanıb- ŞÜBHƏLİ ŞƏXS SAXLANILIB

Bıçaqlanma

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki,hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib. Onu … Read more

Qerbxeber.com xəbər portalında Reklam yerləşdirmək istəyənlərin nəzərinə!!!

V3kgqi32

“Qerbxeber.com”  xəbər portalı operativ və dəqiq informasiya ilə yanaşı ziyarətçilərinə reklam yerləşdirilməsi üçün web-məkan təklif edir. Xəbər portalı fəaliyyətinə yeni başlamasına baxmayaraq, bölgənin aparıcı informasiya portallarından birinə çevirilib. Bunun bariz nümunəsi olaraq saytın günü-gündən artan ziyarətçilərini göstərmək olar. Saytın, Yootube, instagram,Facebook sosial şəbəkələrində izləyiciləri var və abunəçilərinin sayı gün-gündən artır. Reklam- brendləriniz, məhsullarınız, xidmətləriniz, aksiyalarınız … Read more

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Onecalendar

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Qerbxeber.com  xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya terrorun hazırlandığını hələ fevraldan bilirdi

Uk.h.k.reisi

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. “Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun … Read more

Sabiq nazir Namiq Abbasov vəfat edib

Namiq abbasov

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Namiq Abbasov 84 yaşında dünyasını dəyişib. Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir … Read more

ÇiN lideri: Dünyanın gələcəyi iki ölkədən asılıdır

Szinpin

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir. Qerbxeber.com  xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib. “İki ölkə xalqının rifahı, eləcə də bəşəriyyətin gələcəyi və taleyi Çin və ABŞ-ın əməkdaşlıq etməsindən və ya bir-birinə qarşı durmasından asılıdır. Hər iki tərəf bir-birini tərəfdaş hesab … Read more

Gürcüstan millisi Avropaya vəsiqə qazandı

Gr

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub. Qerbxeber.com-ın məlumatına görə, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb. Polşada baş tutan görüşdə gürcülər ilk hissənin sonlarında azlıqda qalıblar. Əsas və əlavə vaxt ərzində qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb – … Read more