Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Orta Asiya ölkələri vətəndaşlarını mümkün qədər Rusiyaya getməməyə çağırır

28 mart / 17:12 2 dəq
Orta asiya xerite
28 mart / 17:12
Burada sizin reklamınız ola bilər

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkünsə Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib.

Yerli medianın xəbər verdiyinə görə, Özbəkistanın hakimiyyət orqanları Rusiyada qalan və ya ora getməyi planlaşdıran bütün Özbəkistan vətəndaşları üçün oxşar tövsiyə verib.

Azad Avropa/Azadlıq Radiosu bazar ertəsi Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minmələrinə icazə verilmədiyini bildirib.

Teleqraf.com xəbər verib ki, immiqrasiya və hüquq-mühafizə orqanları onlara bunun “Moskvada baş vermiş son terror aktı” ilə bağlı olduğunu deyib.

Keçən cümə günü kamuflyaj geyimli silahlı şəxslərin hücumu Rusiyada, xüsusən də müsəlman Orta Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olub. Biri Qırğızıstandan, qalanları isə Tacikistandan olmaqla, 7 şübhəlinin tutularaq, istintaq təcridxanasına yerləşdirildiyi bildirilib.

İslam Dövləti qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb və azı 139 nəfərin ölümü, 182 nəfərin yaralanması ilə nəticələnən qətliamın video-görüntülərini yayımlayıb.

Rusiya dəlil təqdim etmədən hücum edənlərin Ukrayna ilə əlaqəsi olduğunu bildirib.

Kyiv bu kimi ittihamları qəti şəkildə rədd edib.

Mənbə: VOA

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı