Ukraynada eskalasiya riski əvvəlki qədər yüksək deyil-ABŞ generalı
ABŞ Müdafiə Nazirliyinin hesablamalarına görə, Ukrayna tərəfinə “ATACMS” taktiki ballistik raketlərin verilməsi perspektivi fonunda hazırda Ukraynada gərginliyin artması təhlükəsi əvvəlki qədər yüksək deyil.
Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
Bununla da Braun Vaşinqtonun “ATACMS” raketlərini Kiyevə göndərmək ehtimalını şərh edib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı