Rusiyada hərbi çağırışa məruz qalan və çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub.
Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.