Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Təhlükəsizlik Şurası Rusiyanın kosmosda silahlanmanın qarşısının alınmasına dair qətnaməsini qəbul etməyib

664bbbd47c849664bbbd47c84a1716239316664bbbd47c845664bbbd47c847

BMT Təhlükəsizlik Şurası Rusiyanın kosmosda silahlanmanın qarşısının alınması ilə bağlı qətnamə layihəsini qəbul etməyib. Qerbxeber.com xəbər verir ki, bu barədə “RIA Novosti“ məlumat yayıb. Təşəbbüs tələb olunan 15 səsdən doqquzunu toplaya bilməyib. Rusiya, Çin, Qayana, Əlcəzair, Ekvador, Sierra Leone və Mozambik layihəni dəstəkləyib. Eyni zamanda, layihəyə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Koreya Respublikası, Sloveniya və … Read more

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik”

ərdoğan

Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər, biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik. Qerbxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə deyib. “Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik”, – Ərdoğan qeyd edib.

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

President Biden Reconvenes Major Economies Forum On Energy And Climate

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun İsrailin Baş naziri Binyamin Netanyahu və Yəhudi Dövlətinin Müdafiə Naziri Yoav Qalantın həbsi ilə bağlı orderin verilməsi tələbini rədd edir. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında deyilir. “Birləşmiş Ştatlar bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunun … Read more

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

664b7e5a6e749664b7e5a6e74a1716223578664b7e5a6e747664b7e5a6e748

İranın prezident helikopterindəki sərnişinlərin cəsədlərinin tanınması mümkün olduğundan, həlak olanların “DNT” testinə ehtiyac yoxdur. Qerbxeber.com “IRNA“ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Məhəmməd Həsən Nami bildirib. “Bütün cəsədlərin tanınması mümkün olub, onlar həkim-ekspertizaya təhvil verilib”, – Həsən Nami vurğulayıb.   Daxili işlər nazirinin müavini bildirib ki, ölənlərdən yalnız Ayətullah … Read more

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

664b5bffd4e57664b5bffd4e581716214783664b5bffd4e53664b5bffd4e55

“FourFourTwo” nəşri Avropada bütün zamanların ən yaxşı futbolçularının adlarını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, 100 oyunçunun yer aldığı siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kristiano Ronaldo başçılıq edir. İkinci pillədə İspaniyanın “Barselona” və Niderlandın “Ayaks” klublarının sabiq oyunçusu Yohan Kroyff, üçüncü sırada isə almaniyalı əfsanəvi futbolçu Frans Bekkenbauer qərarlaşıb. Avropada bütün zamanların … Read more

Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib

Indir 2024 05 21T084109.667

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib. Qerbxeber.com xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların (barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy … Read more

KİV: ABŞ Gürcüstanda “xarici agentlər” haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək

664b1209ed852664b1209ed8531716195849664b1209ed850664b1209ed851

ABŞ “demokratiyanı qorumaq məqsədilə” Gürcüstan rəsmilərinə sanksiya tətbiq edə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, nəşrin gördüyü qanun layihəsinə əsasən hakim “Gürcü Arzusu” partiyasından olan deputatlara, hüquq mühafizə orqanlarının zabitlərinə, həmçinin Rusiyanın ölkədəki mümkün agentlərinə qarşı sanksiya tətbiq edilə bilər. Qeyd olunub ki, qanun layihəsi bu gün Cənubi Karolina … Read more

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib

664b0c6d85805664b0c6d858061716194413664b0c6d85803664b0c6d85804

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəzi avropalı siyasətçilərin “xarici təsir” qanunu ilə bağlı mövqeyini ikiüzlülük hesab edir. Qerbxeber.com xəbər verir ki, spiker bu barədə mətbuata açıqlamasında bildirib. O, bəzi siyasətçilərin “xarici təsisin şəffaflığı haqqında” qanun layihəsini öz ölkələrinə rəva gördüklərini, lakin Gürcüstanda qəbul edilməsinə qarşı çıxdıqlarını bildirib. Papuaşvili Aİ-nin özünün də xarici təsirin şəffaflığı ilə … Read more

KİV: Azərbaycan-Ermənistan sərhədinin Kirants kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir

664af56c38c72664af56c38c731716188524664af56c38c70664af56c38c71

Azərbaycan-Ermənistan sərhədinin Kirants (Xeyrimli) kəndi hissəsində sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. Qerbxeber.com xəbər verir ki, bu barədə erməni Telegram kanalları məlumat yayıb. Həmin hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb. Bu prosesi rahat şəkildə həyata keçirmək üçün Kirantsa girişin müvəqqəti olaraq bağlandığı bildirilir.

“Mançester Siti” İngiltərə çempionu olub

Indir 2024 05 20T084920.391

“Mançester Siti” ardıcıl dördüncü dəfə futbol üzrə İngiltərə çempionu olub. Qerbxeber.com xəbər verir ki, “şəhərlillər” Premyer Liqanın 38-ci turunda “Vest Hem Yunayted” komandasını məğlub etməklə buna müvəffəq olublar. “Etihad Stadium”da baş tutan oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb. Beləliklə, İngiltərə çempionatında mövsümün sonunda “Mançester Siti” 91 xalla çempion olub. Komanda 10 dəfə … Read more

Qəzada həlak olan İran rəsmilərinin ADLARI və FOTOLARI

444501107 10161124858062432 3653732170330375660 n

Xəbər verdiyimiz kimi, qəza nəticəsində İran Prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Qerbxeber.com həlak olan İran rəsmilərinin adlarını və fotolarını təqdim edir: 1. Ayətullah Seyid İbrahim Rəisi 2. Məhəmmədəli Ali Haşim 3. Hüseyn Əmir Abdullahiyan 4. Malik Rəhməti 5. Sərdar Seyid Mehdi Musəvi 6. Ənsar əl-Mehdi Korpusundan zabit (şəxsiyyəti məlum deyil) … Read more

Qəzzada 35,5 min insan həyatını itirib

Images 2024 05 20T083321.183

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,5 minə yaxın insan həlak olub, 79,5 minə yaxın insan isə yaralanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi Telegram kanalında dərc edib. “İsrailin Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı hazırda 35 456 nəfərə çatıb, daha 79 … Read more

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Imta

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır. Qerbxeber.com xəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın … Read more

İran KİV: İran Prezidenti və heyəti helikopter qəzasında həlak olub

664acc34479d2664acc34479d31716177972664acc34479c6664acc34479d1

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib. Qerbxeber.com məlumatına görə, bu barədə İranın Mehr Agentliyi xəbər verib. Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin … Read more

Prezident İlham Əliyev helikopter qəzasıilə bağlı paylaşım edib

Eliyev reisi

İnsidentdən öncə Azərbaycan-İran sərhədində tikilmiş hidroqovşaqlarının açılış mərasimidə İran prezidenti ilə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev sosial şəbəkədə “dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir” yazıb. “Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi … Read more

İran Prezidentinin axtarışı davam edir

01000000 0aff 0242 40c7 08dc7821a6d5 w1597 n r1 st s

Adının çəkilməsini istəməyən İran rəsmisinin “Reuters” xəbər agentliyinə verdiyi məlumata əsasən, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahianın göyərtəsində olduğu helikopter bazar günü Azərbaycan sərhədində görüşdən qayıdarkən, dumanlı havada dağlı ərazidə qəza keçirib. Rəsminin bildirdiyinə görə, İbrahim Rəisi və Hüseyn Əmirabdollahianın həyatları “helikopter qəzasından sonra təhlükədədir”. “Biz hələ də ümid edirik, amma … Read more

Prezident İbrahim Rəisi sağdırmı?-İranda nələr olur..

Kreml reisi namaz

 İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına görə bu gün keçirilməsi planlaşdırılan hökumət iclasının ləğv edildiyi haqda məlumat yayılıb. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bunun ardınca İran mediası Böhran Qrupunun yaradıldığını elan edib. Eyni zamanda, DİN hadisə yerinə gedən xilasedicilərin qəzaya uğrayan helikopteri tapmadığını, ərazidə axtarışlara davam etdiyini, hava şəraitinin bu axtarışlara mane olduğunu bildirib. Digər … Read more

Prezident İbrahim Rəisinin olduğu helikoter qəzaya uğradı

Tehran iran

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Qerbxeber.com Axar.az-a istinadən  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda olan üç helikopterdən ikisi təyinat nöqtəsinə çata bilib. Helikopterdə Rəisi ilə birlikdə Təbrizin imam cüməsi Seyid Məhəmməd Əli Alihaşim və xarici işlər … Read more