Ermənistan parlamenti “soyqırım” layihəsini qəbul etmədi

Ermeni parlament

Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “58 deputat qanun layihəsinin əleyhinə, 26 deputat lehinə səs verib. 2 deputat isə bitərəf qalıb”, – məlumatda deyilib.

Prezident Əliyev Danimarkada Niderland Baş naziri ilə görüşdü

Aliyev niderland

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının … Read more

İlham Əliyev Kopenhagendə Ukrayna Prezidenti ilə görüşdü

Aliyev zelenski

Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların … Read more

Azərbaycan Prezidenti Kopenhagendə Emanuel Makronla görüşdü

Aliyev makron

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda … Read more

Şaakaşvili xalqı meydanlara səslədi: Son şansımızdır!

Saakaşvili

Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”. Qerbxeber.com  xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili özünün sosial media hesabında deyib. Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq. … Read more

Azərbaycan ərazisində kəskin istilər olacaq

Temperatur

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək. Qerbxeber.com   xəbər verir ki, bu barədə Axar.az  beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozuna əsasən məlumat verib. Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək. Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.

III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub

1759390871840835439 1200x630

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub. Qerbxeber.com “Report”a istinadən məlumat verir ki, son olaraq 4×100 metr məsafəyə qarışıq estafet yarışında qadınlar arasında medalçılar bəlli olub. Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb. 10:57 Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub. Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, Rusiya … Read more

Əli Əsədov Gürcüstana səfər edəcək

1708065321 1671001628

Baş nazir Əli Əsədov oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək. Qerbxeber.com, bu barədə beynəlxalq tədbirin rəsmi saytında bildirilib. Hökumət başçısı forumun əsas spikerlərindən biri olacaq. Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında təşkil olunacaq foruma Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılacaq. Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat … Read more

Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım edəcək

Ukrayna avropa

Avropa Komissiyası Ukraynaya 4 milyard avro məbləğində makroiqtisadi yardımın doqquzuncu tranşını köçürüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat verib. Qeyd olunur ki, Ukraynada mühabirə başlayandən bəri Avropa İttifaqının bu ölkəyə göstərdiyi dəstəyim ümumi məbləği artıq 178 milyard avroya yaxınlaşır. 2025-ci ilin əvvəlindən etibarən Komissiyanın mikroiqtisadi yardım çərçivəsində Ukraynaya göstərdiyi dəstəyin ümumi məbləği 14 … Read more

Ərdoğan: F-35-lərin pulunu ödəmişik,təhvil verilməsini Trampla müzakirə etdik

ərdoğan erdoğan erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb. “Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib.

Rusiya Şokda: ABŞ Rusiyanın içərilərinə zərbə vurmaq üçün Ukraynaya kəşfiyyat dəstəyi verəcək

Ballistik raket

ABŞ Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək. Qerbxeber.com  xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat verib. Məlumata görə ölkə rəsmiləri NATO ölkələrini də analoji dəstək verməyə çağırırlar. Qəzetin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Ukraynaya əlavə kəşfiyyat məlumatı vermək … Read more

G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın inkişafına yönəldilməsinə qərar verdi

G7

G7-nin maliyyə nazirləri oktyabrın 1-də görüşərək Rusiyaya təzyiqləri artırmaq və Ukraynaya dəstək üçün tədbirlər görmək barədə razılığa gəliblər. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə G7 ölkələri nazirlərinin Kanada hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir. “Rusiyanın NATO hava məkanını pozması, mülki şəxslərə hücumların intensivləşdirilməsi, Ukraynada hökumət və diplomatik binalara ziyan vurması da daxil olmaqla, … Read more

Rubio: Şatdaun ABŞ -ın beynalxalq münasibətlərdə möbqeyini zəiflədir

250513 marco rubio ac 956p 007aa1

ABŞ-da federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio sosial mediada bildirib. “Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partizan maraqlarının diktə etdiyi hərəkətləri ABŞ-ın qlobal səhnədəki mövqeyini zəiflədir və milli təhlükəsizliyi təhdid edir”, – Rubio “X” hesabında … Read more

Azərbaycan Prezidenti Kopenhagendə Moldova Prezidenti ilə görüşdü

Aliyev ve sandu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib. Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz … Read more

İlham Əliyev: “Qarabağ” klubu xalqımızı qürurlandırmaqda davam edir

Ilhammmiiu

Prezident İlham Əliyev “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib. Qerbxeber.com xəbər verir ki, təbrikdə deyilir: “Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində … Read more

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

Sanksiya

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi üçün digər ölkələrdən olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir. Qerbxeber.com xəbər verir ki, bu barədə Oxu.az “Azad İran”-nın məlumatına əsasən xəbər yayıb. Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran, Çin, Almaniya, Portuqaliya və Uruqvaydan olan 30-dan çox fiziki və hüquqi şəxsi müəyyən edib. Onların … Read more

Rusiya Donbası niyə inadla istəyir?

Donetsk war

Rusiyanın payız hücumu başlayıb, Donbas uğrunda döyüşlər qızğın hal alıb. Qerbxeber.com xəbər verir ki, bu barədə ukraynalı zabit Andrey İllienko məlumat verib. “Düşmənin məqsədləri dəyişməz olaraq qalır. Müdafiə qüvvələri Donetsk vilayətində yerləşən Seversk, Slavyansk, Kramatorsk, Drujkovka və Konstantinovkadan başlayaraq Dobropillia, Pokrovska qədər bütün güclü istehkamlar zolağına nəzarət edir. Bunlar hamısı bizim qalalarımızdır. Bu qalalar son … Read more

Gürcüstan Azərbaycan vətəndaşlarını deport etdi

Bayramov gürcüstan

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qeyri-qanuni məskunlaşan 20 əcnəbini deportasiya edib. Qerbxeber.com xəbər verir ki. bu barədə Gürcüstan mediası məlumat yayıb. Deportasiya edilənlər arasında Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşları olub. Onların hamısına Gürcüstana giriş qadağan edilib.