BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu bildirib

674ec516c4599674ec516c459a1733215510674ec516c4597674ec516c4598

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilir. Qerbxeber.com xəbərinə görə, dekabrın 2-də baxışın ilk günündə Komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq … Read more

Tbilisidə Rustaveli prospektində keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb

Indir 2024 12 03T123938.960

Tbilisidə dekabrın 2-də Rustaveli prospektində keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb. Qerbxeber.com APA istinadən xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Qurum 12 polis əməkdaşının dünən keçirilən aksiya zamanı xəsarət aldığını bəyan edib. Saxlanılanların bu gün müxtəlif təcridxanalara yerləşdirildiyi qeyd edilib.

Gürcüstanda məktəblərdə tətil davam edir

EMCode 87e7b81053da37b1d08f98f2d6410760

Gürcüstanda məktəblərdə tətil davam edir və şagirdlər, müəllimlər və valideynlər,  hakimiyyətin qərarına qarşı etiraz edirlər. Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, onlar tədris prosesində iştirakdan imtina edərək küçələrə axışırlar. Etiraz edənlər əsasən övladlarının Avropa gələcəyini müdafiə etməyə çağırırlar. Tətilə qoşulan məktəblər arasında Tbilisi şəhərinin müxtəlif məktəbləri (117, 149, 174, 175, 192 saylı məktəblər), Rustavi, Batumi, … Read more

Marneulidə 4 dekabra aksiya elan edildi

EMCode 93f750877531c97b7515f36f23d7c8da

“Gəlin ölkənin çağırışlarına birlikdə cavab verək”. Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, bu barədə elan sosial şəbəkədə paylaşılıb. İctimai fəallar Marneuli sakinlərini dinc etiraza qoşulmağa çağırıb: “Marneulidə, Seçki Komissiyası binasının yanında. 4 dekabr, saat 15:00-da azadlığın və ədalətin yanında olaq. Səsimiz mühimdir – gəlin birlikdə dəyişiklik edə biləcəyimizi göstərək! Həmfikirlər, sizi gözləyirik!”.

Gürcüstanın daha bir ölkədəki səfiri istefa verdi

EMCode 7f6e69aba4a2ba826f84f2c370362d18

Gürcüstanın Çexiyadakı fövqaladə və səlahiyyətli səfiri Tea Maisuradze istefa verib. Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, diplomat bu barədə sosial şəbəkə hesabında bildirib. “Mən istefa ərizəsini yazdım. 2 İl ölkəmin milli maraqlarına xidmət etmək böyük şərəf idi. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!” , – Thea Maisuradze yazıb. Xatırladaq ki, 28 noyabrda Gürcüstanın Baş naziri … Read more

Rəsmi Vaşinqton: “ABŞ hər zaman Gürcüstan xalqının yanındadır”

EMCode f5c007cbe3aaa316ea2ae1234a48b54b

“ABŞ, Gürcüstanın Avropa ilə daha geniş inteqrasiyadan uzaqlaşmağa yönəlmiş addımlarına görə narahatlığını açıq şəkildə ifadə edib və ABŞ Gürcüstan xalqının tərəfindədir”. Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, bunları ABŞ Dövlət Departamentinin sözçüsü Mettyu Miller keçirdiyi ənənəvi brifinqdə bildirib. Rəsmi Vaşinqton sözcüsü qeyd edib: “Bildiyiniz kimi, sanksiyaları bu tribunalardan əvvəlcədən müzakirə etmirik, lakin sanksiyalarla bağlı açıqlamalarımız … Read more

UEFA “Qarabağ”ı 26 min avro cərimələyib

674eaf31b3a8a674eaf31b3a8b1733209905674eaf31b3a88674eaf31b3a89

UEFA “Qarabağ”ı cərimələyib. Qerbxeber.com xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub. “Köhlən atlar” ümumilikdə 26000 avro ziyana düşüb. Ağdam klubu “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro, oyunda lazerdən istifadə olunduğu üçün isə 12000 avro cərimələnib.

Ermənistanın müdafiə naziri ABŞ-a gedib

674ea406aaee8674ea406aaee91733207046674ea406aaee6674ea406aaee7

Ermənistanın müdafiə naziri ABŞ-a gedib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib.

Sumqayıtda partlayış olan binada dağıntılar altından 6 nəfər sağ çıxarılıb – FOTO

674e8967b8679674e8967b867a1733200231674e8967b8677674e8967b8678

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun patylayış hadisəsi barədə birgə məlumatda deyilir. Hazırda onların müalicəsi davam etdirilir.

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

674e843e99244674e843e992451733198910674e843e99242674e843e99243

Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb. Qerbxeber.com xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

674e6578b95df674e6578b95e01733191032674e6578b95dd674e6578b95de

ABŞ-nin hazırkı administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ağ Evin saytında dərc edilmiş bəyanatında öz əksini tapıb. “Rusiyanın müharibə maşınının fəaliyyətini pozmaq üçün ABŞ Rusiyanın maliyyə sektoruna mühüm sanksiyalar tətbiq edib və bundan sonra daha çox sanksiyalar tətbiq olunacaq”, – bəyanatda deyilir. Bəyanatda həmçinin qeyd edilib ki, ABŞ administrasiyası bu … Read more

ABŞ Əsədlə bağlı mövqeyinin dəyişmədiyini açıqlayıb

ABŞ

ABŞ Dövlət Departamenti Suriyadakı son hadisələrlə bağlı açıqlama verib. Qerbxeber.com məlumat verir ki, Dövlət Departamentinin açıqlamasında ABŞ-ın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilib. “Suriya siyasətimiz dəyişməyib və biz Əsədi hələ də əlləri günahsızların qanına bulaşmış qəddar bir diktator olaraq görürük”, – deyə açıqlamada deyilir. Qeyd edək ki, son bir neçə gündə Əsəd rejiminin nəzarəti altındakı ərazilərə qarşı əməliyyatlara … Read more

Bəşər Əsəd Türkiyədən kömək istəyir

1733119995.esed

Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Nəşr öz mənbələrinə istinadən yazır ki, Suriya lideri iki vasitəçi vasitəsilə Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərib. Qəzet Türkiyə hakimiyyətinin Suriya ilə münasibətləri normallaşdırmaq təşəbbüslərini xatırladaraq, “İndiyə qədər Əsəd Türkiyənin ona uzatdığı … Read more

Müharibəni bu tarixdə bitirmək istəyirik-Zelenski

Zelenski Şolts

Bu gün düşmən istədiyini edir, bizi evimizdə öldürür, biz isə özümüzü müdafiə edirik. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya kansleri Olaf Şoltsla keçirilən mətbuat konfransında deyib. “Bu günə qədər planlarımız dəyişməyib. Əlbəttə, biz çox istəyirik ki, güclü olaq və 2025-də bu güclə müharibəni bitirək”, – Zelenski qeyd edib.

Rusiya Suriyadan texnikasını çıxarır

Rusiya donbas ordu

Suriyada silahlılar Hələbə nəzarəti gücləndiriblər və cənuba, Əsəd hökumətinin əsas güc mərkəzlərinə doğru irəliləməyə başlayıblar. Qerbxeber.com xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb. “Hələbin ələ keçirilməsi həm simvolik, həm də strateji çəkiyə malikdir, çünki ölkənin şimalındakı mühüm nəqliyyat yollarına nəzarət edir”, – nəşr bildirib. Qeyd olunub ki, Rusiya Ukraynada döyüşmək üçün silah tapmaq … Read more

Əsəd Rusiya və İranı şantaj edir

Asad

Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu məlum faktdır. Belə çıxır, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz varlığını qoruya bilsin. Qerbxeber,com xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Suriyada son proseslər və silahlı müxalifətin Hələb və İdlibi ələ keçirməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya və İranın … Read more

Gürcüstan Prezidentindən aksiyalarla bağlı təcili AÇIQLAMA

Zurabashvili

Prezidentdən aksiyalarla bağlı təcili AÇIQLAMA “Vətəndaş etirazı öz spontanlığı, azadlığı və özünü təşkil etmə xüsusiyyəti ilə olduğu kimi qalmalıdır – buna heç bir siyasi partiyanın və mənim müdaxiləm də lazım deyil, amma dəstək və müdafiə tələb olunur”. Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bunları Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə davam edən etiraz aksiyaları ilə bağlı … Read more

Gecə Tbilisidə aksiya davam edib

EMCode 1cb69088d514a9c61a6f27e96a3cfc0f

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə edərək, dağıdıb. Qerbxeber.com Gwrcwstan mediasina istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlamentdən bir qədər aralıda, eləcə də 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət edib. Nümayişçilər geri çəkilmək məcburiyyətində qalıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri səs gücləndiricilərdən istifadə … Read more