Dünya

Gürcüstanın daha bir ölkədəki səfiri istefa verdi

3 dekabr / 12:07 1 dəq
EMCode 7f6e69aba4a2ba826f84f2c370362d18
3 dekabr / 12:07
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Çexiyadakı fövqaladə və səlahiyyətli səfiri Tea Maisuradze istefa verib.

Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, diplomat bu barədə sosial şəbəkə hesabında bildirib.

“Mən istefa ərizəsini yazdım. 2 İl ölkəmin milli maraqlarına xidmət etmək böyük şərəf idi. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!” , – Thea Maisuradze yazıb.

Xatırladaq ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, hökumətin qərarına əsasən, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddət ərzində heç bir büdcə qrantı qəbul etməyəcək. Bundan sonra Gürcüstanın ABŞ-daki səfiri David Zalkaliani və digər bir sıra diplomatlar vəzifələrindən etiraz olaraq istefa veriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər