Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Avropanın Ukraynaya yardımlarının həcmi açıqlanıb

67a8c7193b8ad67a8c7193b8ae173911426567a8c7193b8ab67a8c7193b8ac

Rusiya-Ukrayna münaqişəsi başlayandan Avropanın Kiyevə yardımlarının həcmi açıqlanıb. Qerbxeber.com xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Litvada mətbuat konfransında açıqlayıb. Beləliklə, 2022-ci ilin fevralından ötən dövr ərzində Avropanın Ukraynaya yardımlarının həcmi 135 milyard avro olub.

Avropa Komissiyasının Prezidenti: Aİ-nin müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb

67a8bb30a602d67a8bb30a602e173911121667a8bb30a602b67a8bb30a602c

Avropa İttifaqının təhlükəsizliyini və müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb. Qerbxeber.com xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Litvada mətbuat konfransında bildirib. “İnfrastrukturun müdafiəsi ilə bərabər təhlükəsizliyimizi və müdafiəmizi öz üzərimizə götürməyin zamanı çatıb. Əslində bunu çoxdan etməli idik. NATO müdafiəmizin əsası olmaqda qalır. Ancaq aydındır ki, bizə Ümumavropa müdafiəsi lazımdır”, – … Read more

Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb

Images (16)

Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb. Qerbxeber.com xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da Qəzzada ölənlərin sayı48 189 nəfərə çatıb. Son 24 saatda xəstəxanalara 2 yaralı gətirilib. Bununla da Qəzzada hücumlar nəticəsində yaralananların sayı 111 640 nəfərə çatıb. Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda … Read more

İsrail Ordusu Qəzzada Netsarim dəhlizini tərk edib

67a87f6308b6d67a87f6308b6e173909590767a87f6308b6b67a87f6308b6c

İsrail ordusu Qəzza sektorunu şimal və cənub hissələrə ayıran Netsarim dəhlizini tam tərk edib. Qerbxeber.com xəbərinə görə, bu barədə HAMAS məlumat yayıb. İsrailin mediası da əsir və girov mübadiləsi barədə razılaşmaya uyğun olaraq Ordunun dəhlizi tərk etməsi barədə məlumat yayıb. İsrail Ordusu hazırda Qəzza zolağı ilə Misirin sərhədindəki Filadelfiya dəhlizinə nəzarəti davam etdirir.

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə Müraciət etdi

Sahnaz Beylerqizi

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər. Qerbxeber.com -un məlumatına görə, hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər. Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər: “O, beyin … Read more

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Indir (51)

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub – CƏDVƏL

Dim

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub. Bu barədə Qerbxeber.com DİM-dən məlumat verilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 və 9 mart 2025-ci il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış … Read more

Kreml: Bakıdakı “Rus Evi”nin bağlanmasına ikitərəfli münasibətlər səviyyəsində qərar veriləcək

Indir (50)

Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kremlin Bakıya mesajı budur ki, bu addım anlaşılmazlıq hesab edilir. Dmitri Peskovun açıqlaması zamanı Bakıda Rusiyanın mədəniyyət mərkəzi olan “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib. “Biz buna təəssüflənirik. … Read more

Qarabağ Universitetinin Klinikası yaradılır

Indir (46)

Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən müəyyən edilib ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir. … Read more

Trampın göstərişi ilə KİV-lərlə bütün müqavilələr ləğv ediləcək

855feaff 73c2 31e2 8c5b 35919399a133 850

ABŞ federal hökumətinin əsas funksiyalarının idarə edilməsi və dəstəklənməsi ilə məşğul olan Ümumi Xidmətlər Administrasiyası (GSA) KİV-lərlə bütün müqavilələri ləğv etməlidir. Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Portalın məlumatına görə, Tramp administrasiyasının nümayəndəsi GSA-ya ünvanladığı elektron məktubda “Politico”, BBC, “E&E” (“Politico”nun bölməsi) və “Bloomberg” üçün bütün müqavilələrin geri çağırılmalı olduğunu yazıb.

DİN: Məktəbdə paylanan vərəqələrdə ictimai təhlükəli hal və kriminal tərkib aşkarlanmayıb

D78ae265 A05f 360b 9fe3 98ec40b3092e 850

Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub, bu vərəqələrdə ictimai təhlükəli hal və kriminal tərkib aşkarlanmayıb Qerbxeber.com məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev iki azyaşlının onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələri 25 məktəbliyə payladığını bildirib. Onun sözlərinə görə, polis … Read more

Yaxın Şərq-Suriya şərtləri açıqladı: bu halda Rusiyaya icazə veriləcək

Baza 1733740358

Suriya Kremllə istənilən razılaşma ölkənin maraqlarına uyğun olduğu müddətcə Rusiyaya Aralıq dənizi sahillərində hava və dəniz bazalarını saxlamağa icazə verəcək. Qerbxeber.com xəbər verir ki, bunu Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə deyib. O, yeni ittifaqlar yaradan və əvvəlki rejim dövründə yaradılmış köhnələrə yenidən baxan hökumətinin praqmatik yanaşmasını vurğulayıb. Nazir bildirib ki, Rusiyanın Suriyanın yeni hökumətinə … Read more

Ağstafada minik maşını qəza törədib

Qəzadd (1)

Ağstafada yol-nəqliyyat hadisə baş verib. Qerbxeber.com məlumatına görə, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Fakla bağlı araşdırma aparılır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib

67a5ae63f3cad67a5ae63f3cae173891133167a5ae63f3cab67a5ae63f3cac

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Bu barədə Qerbxeber.com DİM-dən məlumat verilib. Qeyd edək ki, bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. Sınaq imtahanına qeydiyyat 26 fevral saat 23:59-dək … Read more

Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Images (15)

Sabahdan RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysini istifadəyə verəcək. Qerbxeber.com agentliyə istinadən xəbər verir ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Reyslər Mingəçevir … Read more

Paşinyanın “erməni soyqırımı” ilə bağlı fikirləri Zaxarovanı təəccübləndirib

Indir (49)

“44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə Nikol Paşinyan nə demək istəyib, bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır”. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. “Mənə onun nə demək istədiyini söyləmək çətindir. Mən bilmirəm. O ki, qaldı “erməni … Read more

BVF Ukraynaya 900 milyon dollar ayıra bilər

B1762463 98ed 3a12 Ab44 A42c2fc28b74 850

Beynəlxalq Valyuta Fondu (BVF) genişləndirilmiş kredit proqramı çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını nəzərdən keçirəcək. Qerbxeber.com məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak deyib. O, xatırladıb ki, 2024-cü ilin dekabrında BVF ölkənin altıncı iqtisadi icmalının nəticələrinə əsasən, proqram vasitəsilə Ukraynaya daha 1,1 milyard dollarlıq vəsait ayırıb. Məlumata görə, … Read more

Qrenlandiya müstəqillik referendumu keçirməyi planlaşdırır

67a57f3568d3867a57f3568d39173889925367a57f3568d3667a57f3568d37

Qrenlandiyanın hakim partiyası müstəqillik referendumu keçirməyi planlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Siyasətçilər Danimarka krallığında adanın genişləndirilmiş muxtariyyəti haqqında qanunun maddəsindən yararlanmağı planlaşdırırlar. Bu maddə Qrenlandiyanın tam müstəqilliyinə dair danışıqlara imkan verir. “Ölkəmiz müstəqil dövlət statusu alana qədər bizim danışıqlarda rəsmi iştirak imkanlarımız məhdud olacaq”, – hakim partiyanın sözçüsü Doris Censen … Read more

Tramp BCM-yə sanksiya tətbiqi ilə bağlı sərəncam imzalayıb

67a53ef77186967a53ef77186a173888280767a53ef77186767a53ef771868

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayıb. Qerbxeber.com xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi “TASS” agentliyinin sualını cavablandırarkən deyib. “Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı? Bəli, imzalayıb”, – Ağ Ev rəsmisi qeyd edib.

USAID-in ləğvinə baxmayaraq ABŞ xarici yardımı davam etdirəcək

67a53c743eeb867a53c743eeb9173888216467a53c743eeb667a53c743eeb7

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğv edilməsinə baxmayaraq, Birləşmiş Ştatlar xarici yardım göstərməyə davam edəcək. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Eyni zamanda, Rubio bu xarici yardımın “məntiqli” olacağını və ABŞ-nin milli maraqlarına cavab verəcəyini vurğulayıb.