Kallas: Ukraynada cəbhə xətti qərbə doğru irəliləyir

8d97cab0 1b27 3955 a00e 3d7dea10acb2

Ukraynada cəbhə xətti qərbə doğru irəliləyir, ona görə ölkənin daha çox yardıma ehtiyacı var. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Aİ artıq Ukraynaya 100 milyard avrodan çox yardım ayırıb: “Lakin Kiyevin … Read more

Aİ Moldovaya 30 milyon avro ayırıb

4a7f1281 1ba6 3e15 8e87 c8acefb938fc

Avropa İttifaqı (Aİ) qazın alınması və Dnestryanı bölgəyə nəqli üçün Moldovaya 30 milyon avro vəsait ayırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. “Bu paket çərçivəsində Aİ 2025-ci il fevralın 10-dək Dnestryanı regionunun 350 mindən çox sakininin elektrik və istilik təchizatının bərpasına kömək etmək üçün təbii qazın alınması və bölgəyə … Read more

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının əməkhaqları qaldırılıb

99f74779 d42e 3bfe ad0a 3f713e646536

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb. Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Həmin dövlət orqanları aşağıdakılardır: – Müdafiə Nazirliyi; – Daxili İşlər Nazirliyi; – Fövqəladə … Read more

Xaric edilən kursantların hərbi xidmətə göndərilməsi qaydası dəyişib

4a7984d6 9366 3245 9e34 382ea958eea0 850 (1)

Azərbaycanda xaric edilən kursantların müddətli həqiqi hərbi xidmətə göndərilməsi qaydası dəyişib. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan … Read more

Aİ Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb

88905d69 4d56 37dc 9b1b f809bd570cbb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay müddətinə uzadıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sanksiyaların müddəti iyulun 31-dək uzadılıb. Məlumatda vurğulanıb ki, 2014-cü ildə ilk dəfə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra əhəmiyyətli dərəcədə genişləndirilib. Sanksiya ticarət, … Read more

Geomaqnit qasırğası olacaq

6797429e79e946797429e79e9517379662386797429e79e926797429e79e93

Yanvarın 29-da geomaqnit sahəsi filamenti aktivləşəcək. Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verib. Bildirilib ki, yüksək Sürətli Tac Dəliyi Axınlarınının isə 31 yanvarda geoeffektiv olacağı gözlənilir və G1( zəif) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Aİ bu gün Suriyaya qarşı sanksiyaların yumşaldılmasına baxa bilər

Indir (33)

Bu gün Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi ilə bağlı qərar qəbul ed bilər. Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasından qabaq jurnalistlərə açıqlamasında bildirib. “Biz bu gün bununla bağlı qərar qəbul etməyi gözləyirik, bu, addım-addım yanaşmadır”, – Kallas deyib.

Aİ Gürcüstanda baş verən son hadisələri müzakirə edəcək

67973990c574d67973990c574e173796392067973990c574b67973990c574c

Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə olunacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə AI Şurası məlumat yayıb. Bildirilib ki, iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək. “Xarici İşlər Şurası son hadisələrə, təhlükəsizlik və müdafiə sahələrində sürətlə dəyişən vəziyyətə … Read more

ABŞ Ukrayna müharibəsindən ABŞ-ın qazancı

Ukraıne flag

Ukraynadakı münaqişənin ABŞ-ın müxtəlif silah satışından əldə etdiyi gəlirin artmasına səbəb olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Fransanın “Ouest-France” qəzeti yazıb. Belə ki, nəşrin müəlliflərinin fikrincə, ötən il silah satışından əldə edilən gəlir 39% artaraq rekord məbləğə – 318,7 milyard dollara çatıb. ABŞ Dövlət Departamentinin nümayəndələri də öz növbəsində bunu onunla izah ediblər ki, bir … Read more

Xərçəngə qarşı peyvəndin tətbiqinə başlanılır

Peyvend

“Rusiyada hazırlanan xərçəng peyvəndinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır”. Qerbxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib. “Səhiyyə Nazirliyinə təqdim etdiyimiz, lakin hələ ki, təsdiqlənməmiş yol xəritəsi planına əsasən, avqustun sonunda icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq”, – Ginzburq deyib. … Read more

Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına hökm oxunub

67972ffc24ee567972ffc24ee6173796146867972ffc24ee367972ffc24ee4

Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən hadisələrə görə həbs olunanlara hökm oxunub. Qerbxeber.com “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, “Vəhşi Arman” ləqəbli kriminal avtoritet Arman Jumageldiyev 20 il, Milli Təhlükəsizlik Komitəsinin keçmiş departament rəhbəri Ruslan İsakov isə 15 il 5 ay cəza alıb. Ölkə Parlamentinin keçmiş deputatı Kayrat Kudaybergen isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd … Read more

Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub

95dcd56f 7e0c 3851 b817 6b3e81ff0552

2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Qerbxeber.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə … Read more

HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər

9225e504 91df 3eec b0c7 91c40b94c172

HƏMAS qruplaşması hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzza zolağının idarə edilməsindən imtina edə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti “Al Arabiya” nəşrinə istinadən məlumat yayıb. HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Musa Əbu Mərzuk “Al Arabiya” nəşrinə bildirib ki, qruplaşma İsraillə müharibədən sonra Qəzza zolağını idarə etməyə can atmaya bilər. Onun sözlərinə … Read more

İsrail ordusu Netsarim dəhlizini tərk edir

D5ec24da c7aa 32bd af20 2ea295c6e58e 850 (1)

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsindəki Netsarim dəhlizinin bir hissəsindən qoşunlarını çıxarmağa başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin mətbuatına istinadən xəbər verir. Təxliyə prosesi Qəzza zolağının şimalına qayıdan məcburi köçkün fələstinlilər üçün bu ərazinin açılması ərəfəsində həyata keçirilir. Məlumatda bildirilir ki, ordu Qəzza zolağının şimalını cənubundan ayıran … Read more

Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb

67966aa38cf9667966aa38cf97173791094737f310198d0fa9c2e7ab53a573f5786a

Gümrüdə Rusiyanın 102-ci bazasının 23 yaşlı hərbçisinin meyiti tapılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Faktla bağlı intihar maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hərbçinin adı və hadisənin digər təfərrüatları hələlik məlum deyil. Onun meyitinin yaşadığı mənzildə asılmış vəziyyətdə tapıldığı bildirilir.

Aİ Kiyevə yardım və Rusiyaya qarşı yeni tədbirləri müzakirə edəcək

Avropa

Ukraynadakı münaqişə və bununla bağlı bütün məsələlər Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirlərinin 2025-ci ildə Brüsseldə keçiriləcək ilk görüşündə diqqət mərkəzində olacaq. Qerbxeber.com xəbər verir ki, bir gün əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə hərbi yardımın artırılmasında israrlı olacaq. Ukrayna … Read more

Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA vurulub

Pua3

Rusiyanın müxtəlif regionlarında ötən gecə Ukraynaya məxsus 32 ədəd pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Qerbxeber.com TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 15 ədədi Voronej, 11-i Belqorod, 4-ü Kursk, iki ədəd PUA isə müvafiq olaraq Oryol və Tver ərazilərində sıradan çıxarılıb.

The Independent: Tramp Ukrayna müharibəsini yaza qədər bitirməyi hədəfləyir

Tramp

ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəkdən əl çəkməsi və ölkə üçün ağrılı kompromislərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yersizdir. Əksinə, Ağ Ev rəhbəri bu ilin yazına qədər Ukraynada müharibəni bitirmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşrinə insayderlər məlumat verib. “Ukraynadan narahat olanlar ABŞ prezidentinin andiçmə mərasimində Ukrayna Ali Radasında “Xalqın … Read more

Marko Rubio: Taliban liderlərinin başına mükafat qoya bilər

67963aa4e008767963aa4e0088173789866067963aa4e008567963aa4e0086

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Əfqanıstanda məhbus kimi saxlanılan ABŞ vətəndaşlarının sayının elan edildiyindən daha çox olduğunu eşidib. Qerbxeber.com xəbər verir ki, dövlət katibi bu barədə X sosial media platformasından açıqlama verib. Marko Rubio, deyib ki, bu halda Əfqan müvəqqəti hökumətinin yüksək rütbəli rəhbərliyinin (Taliban administrasiyası) başına külli miqdarda pul mükafatı qoyulmalıdır: “Biz … Read more

İsveçrə Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdır

67961a94b851267961a94b8513173789045267961a94b851067961a94b8511

İsveçrə Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdır, Ukrayna tərəfi bu ideyanı dəstəkləyib. Qerbxeber.com xəbər verir ki, bunu “Tages-Anzeiger” qəzetinə müsahibəsində İsveçrə prezidenti Karin Keller-Sutter deyib. “Mən Davos Forumunda görüş zamanı prezident Zelenskini əmin etdim ki, biz hazırlıq danışıqları aparmağa hazırıq. O razılaşdı” – İsveçrə prezidenti deyib. Onun sözlərinə görə, Ukrayna üzrə yeni konfransın keçirilməsi … Read more