Kobaxidze 500 nəfəri xarici agent elan etdi

Agent

“Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar. Gürcüstanda etiraz əhvalı yoxdur”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əslində gürcü cəmiyyətində etiraz yoxdur və bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir. … Read more

Arıqlamaq iradə ilə deyil, Sistemlə olur-Elnur Nemətovun tövsiyyələri

Elnur nemətov 4

İllərlə bizə belə deyiblər: “Sadəcə iradəli olun, dayanın, dözün, yeməyin!” Axı niyə yeməyək?)) Bəs nə vaxt yeyəcəyik?)) Qida düşmən deyil, sadəcə doğru zamanda, doğru miqdarda qəbul olunmalıdır. Məcburiyyət yoxdur, yeyə bildiyimizi yeyəcəyik. Amma yeyəcəyik! Yadda saxlayaq ki, insan bədəninin təbiəti dözümlə deyil, balansla işləməlidir. İradə – qısa məsafəli enerjidir. O, bizi bir neçə gün, bəzən … Read more

Danimarka Rus PUA-larına qarşı tədbir görməyə başladı

Military drones

Danimarka Müdafiə Nazirliyi prezidentin tövsiyəsindən sonra PUA-ların aşkarlanması və zərərsizləşdirilməsi sistemlərinin hazırlanmasına 2,1 milyard kron (təxminən 330 milyon dollar) ayırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2025-ci ildən 2033-cü ilə qədər yeni əks-dron təşəbbüsləri üçün ümumilikdə 3,8 milyard kron (təxminən 590 milyon dollar) ayrılacaq. Danimarka müasir əks-dron imkanları əldə etməyi … Read more

KİV: Türkiyə masada oturmadan qalib gəldi

Türkiye istan

İsrailin qələbəsi Türkiyənin zəfərinin kölgəsində qaldı. Qerbxeber.com bildirir ki, Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu MOSSAD-ın keçmiş yüksək vəzifəli rəsmisi Oded Eilam deyib. İsrail mediasına açıqlama verən MOSSAD-ın keçmiş rəsmisi Ankaranın danışıqlarda iştirakının atəşkəs prosesində həlledici olduğuna diqqət çəkib: “HƏMAS Vaşinqtonun deyil, Ankaranın sözünü eşitdi. Diplomatik diskurs indi Ankaraya doğru gedir. Türkiyə bu nöqtədə … Read more

Paşinyan administrasiyasının sülhə doğru addımları Zatulini narahat edir

Zatulin

Rusiya Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hesab edir ki, Ermənistanın baş naziri Dördüncü Respublika haqqında danışmaqla özünün daxili və xarici siyasətindəki “uğursuz” hərəkətlərinə “yaxşı pərdə axtarır”. Qerbxeber.com xəbər verir ki, onun sözlərinə görə, reallıqda Nikol Paşinyanın bəyanatı “konstitusiya dəyişikliklərinə təkan vermək cəhdindən başqa bir şey deyil. Zatulin bu … Read more

Nobel Sülh mükafatçısı məlum oldu

Mariya macado

Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb. Mükafat Maçadoya “Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə” verilib.

Ukrayna 1400 km uzaqda yerləşən Neft emalı zavodunu vurdu

Rusiya partlayish terminal (2)

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) “Başneft-UNPZ” neft emalı zavoduna zərbə endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “İnterfaks-Ukrayna” xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb. “Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda – Ukraynadan … Read more

Putinin Azərbaycana “rusdilli” deməsi utandırdımı bizi?-Anar Niftəliyevin yazısı

Anar niftəliyev

Vladimir Putinin Düşənbədə Azərbaycanla bağlı “rusdilli ölkədir” sözləri niyə “diqqətdən yayındı”? Qəribədir ki, ötən gün, Putinin bu sözlərindən sonra sosial şəbəkədə “Bakılılar günü” ilə bağlı saysız-hesabsız paylaşımlar da aktivləşdi – halbuki “Bakılılar günü” adlı “tarix” dünən, o paylaşımlar da bu ilin deyil. Sanki Putinin bu sözləri ilə o “tarix” xatırlanmış, internetdə axtarışlar verilmiş və buna … Read more

Ərdoğan: İsrail imzasının arxasında durmalıdır

ərdoğan

Qəzzada iki ildir davam edən qətliam və soyqırımı dayandıracaq bütün layihələrə dəstəyimiz tamdır”. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizədə keçirilən toplantısında çıxışı zamanı bildirib. “Biz arzu edirik ki, əldə olunan razılaşma Qəzza və digər Fələstin torpaqlarında daimi sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət etsin. İsrail … Read more

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Tramp zelenski 2

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb. Bu barədə Volodimir Zelenski sosial media hesabında paylaşım edib. O, Tramp ilə telefon danışığını müsbət və məhsuldar adlandırıb. “ABŞ liderini əldə etdiyi uğurlara, həmçinin Yaxın Şərqdə əldə etdiyi razılaşmaya görə təbrik etdim. Bu, mühüm nailiyyətdir. Əgər bir regionda müharibəni dayandırmaq mümkündürsə, … Read more

NATO qırıcıları Rusiya sərhəddində

Nato təyyarələri

Böyük Britaniya, ABŞ və NATO təyyarələri Rusiya sərhədi yaxınlığında birgə patrul uçuşu həyata keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu həftə Böyük Britaniyaya məxsus iki təyyarə ABŞ və NATO qüvvələri ilə birgə Rusiya sərhədi boyunca patrul uçuşu həyata keçirib. Uçuş 12 saat davam edib. Qeyd edilib ki, … Read more

11 oktyabr Beynəlxalq Qızlar Günüdür

Qızlar günü

Bu gün Beynəlxalq Qızlar Günüdür. Qerbxeber.com xəbər verir ki, BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi … Read more

10 oktyabr gecəsi Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib

Ballistik

Rusiya ordusu oktyabrın 10-da Ukraynanın energetika obyektlərinə güclü zərbə endirib, bu zaman çoxsaylı, o cümlədən ballistik raketlərdən istifadə olunub. Müdafiə qüvvələri üçün bu raketləri vurmaq çətinləşib, çünki onlar modernləşdirilib və havada “piruetlər” (kəskin manevrlər) edir. Qerbxeber.com  xəbər verir ki, bu barədə Axar.az  ukraynalı aviasiya eksperti Anatoli Xrapçinskiyə istinadən məlumat verib. “Bəli, ballistikanın dəyişməsi təkcə Rusiya … Read more

Tramp Ərdoğanla Misirdə görüşəcək

Tramp erdogan

ABŞ Prezidenti Donald Tramp Türkiyə də daxil olmaqla 11 ölkənin liderlərinin iştirakı ilə Misirdə beynəlxalq zirvə təşkil etməyi planlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az xarici medianın məlumatına əsasən xəbər yayıb. Bildirilib ki, Donald Tramp bazar ertəsi İsrailə səfər edəcək, İsrail Parlamentində çıxış etdikdən sonra isə Misirə yollanacaq.

2024-cü ildə Azərbaycanda İnsanların ölüm səbəbi açıqlanıb

1660290027 880olum

Azərbaycanda 2024-cü ildə əhali arasında ölümün əsas səbəbləri açıqlanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda Qadınlar və Kişilər” məcmuəsində öz əksini tapıb. Bildirilib ki, ən çox ölüm qan dövranı sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən insanların 16170 nəfəri qadın və 17119 nəfəri isə kişidir. Ən az ölüm isə bəzi infeksion … Read more

Tramp niyə Nobel mükafatı ala bilmədi?

Tramp muraciet

ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” kimi davamlı açıqlamalar versin. Fikrimcə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər. Qerbxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. … Read more

Hakan Fidan : 72 saat ərzində əsirlər dəyişdirilməlidir

Hakan fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə HAMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının detalları barədə danışıb. Qerbxeber.com xəbər verir ki, nazir razılaşmanın mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. Hakan Fidan ilkin mərhələ kimi əsirlərin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyib. “72 saat ərzində əvvəlcə əsirlər dəyişdirilməli və həbsdə olanlar azad edilməlidir. Xüsusilə İsrail tərəfindən hər hansı bir provokasiyanın … Read more

Braziliya millisi Cənubi Koreyanı böyük hesabla məğlub edib

14f8b23f 0640 4efd 9df8 d568cbd67a33

Braziliya millisi yoxlama görüşündə Cənubi Koreyanı böyük hesabla məğlub edib. Qerbxeber.com xəbər verir ki, “sambaçılar” səfərdə rəqibinin qapısından 5 cavabsız top keçiriblər. Qonaqların heyətində Estevan Villian (13, 47), Rodriqo (41, 49) və Vinisius Junior (77) fərqləniblər. Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu Braziliya yığması növbəti yoxlama oyununu 4 gün sonra Yaponiyaya qarşı keçirəcək.

ETX-dan açıqlama…

Kibertəhlükəsizlik

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır. Qerbxeber.com xəbər verir ki, bu barədə ETX-dən açıqlama verilib. Bildirilir ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. … Read more

Azərbaycan-Türkiyə xüsusi təlimlər keçirəcək

Az tur

Azərbaycan-Türkiyə SAT-SAS (sualtı hücum,sualtı müdafiə) ikitərəfli xüsusi təlimləri keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib. O qeyd edib ki, təlimlər oktyabrın 13-17-də keçiriləcək.