Hörmüz boğazında 350-dən çox tanker keçid icazəsi gözləyir

Hormuz tankers pri

Ərəbistan dənizi və Fars körfəzində yerləşən 350-dən çox tanker Hörmüz boğazından keçid üçün İrandan icazə gözləyir. Bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, Ərəbistan dənizi və Fars körfəzində 25-i iri neft tankeri, 200-ü standart neft tankeri və 70-i mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi olmaqla ümumilikdə 350-dən çox tanker keçid üçün İranın təsdiqini gözləyir. Məlumata … Read more

Gəncənin Məhsəti qəsəbəsini sel basdı

Gəncə Məhsəti

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub. Qerbxeber.com -un APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Sel suları sakinlərin və avtomobillərin gediş gəlişinə çətinliklər yaradıb. Qəsəbə sakinləri  bildiriblər ki, hər dəfə yağış yağanda bu problemlə üzləşirlər. Onlar problemlə bağlı dəfələrlə aidiyyatı … Read more

Tramp: İranla müharibə tam qələbə ilə başa çatıb

Tramp barmaq

ABŞ prezidenti Donald Trump ölkəsinin İranla müharibəni tam qələbə ilə başa vurduğunu iddia edib. Qerbxeber.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb. “Biz artıq müharibəni qazanmışıq. Hərbi baxımdan biz bu müharibəni tam qazanmışıq”, – deyə Tramp bildirib. ABŞ lideri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona 10 neft tankeri vermək qərarına gəlib. … Read more

İranın bu məmurlarını öldürəcəyik

Efi defrin

İsrail İranda yüksək vəzifəli məmurların və komandirlərin məhv edilməsi praktikasını davam etdirmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin məlumat yayıb. Sözçü SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin ölümünü xatırladaraq bildirib ki, Təngsiri həm Hörmüz boğazının qismən bağlanmasında, həm də iddiaya görə, “İsraili məhv etmək planları”nda iştirak edib. “Məhvetmə əməliyyatı dayanmayacaq. … Read more

Prezident İlham Əliyev Gürcüstan səfirliyinə gəlib başsağlığı verdi

Eliyev gurcu sefirlik

Prezident İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Qerbxeber.com  xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin … Read more

Zelenski: ABŞ Donbasın Rusiyaya verilməsi müqabilində təhlükəsizlik zəmanəti vəd edir

Zelenski

ABŞ Donbasın Rusiyaya verməsi müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib. Zelenski qeyd edib ki, Donbasdakı müdafiə xəttindən imtina etmək ölkənin təhlükəsizliyi üçün ciddi risk yaradır. Ukrayna Prezidenti həmçinin Donald Trampa İranla bağlı gərginliyə baxmayaraq silah tədarükünü davam etdirdiyinə görə təşəkkür edib. “Yaxın Şərq, şübhəsiz ki, … Read more

ABŞ İrana qoşun yeritməyə hazırlaşır

Abs ordusu

Ağ Ev yaxın günlərdə İranda quru əməliyyatı keçirməyə hazırlaşır. Qerbxeber.comTeleqraf -a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin müxbiri Aleks Vard Respublikaçı konqresmenlərə istinadən məlumat yayıb. “ABŞ rəsmiləri açıq şəkildə işarə edirlər ki, İranda quru əməliyyatı planlaşdırılır və yaxın vaxtlarda başlaya bilər”, – jurnalist qeyd edib. Bundan əlavə, “Axios” portalı mənbələrə … Read more

İran ordusu Baş Qərargahı: ABŞ-nin 17 hərbi bazasını məhv etmişik

Iran ordusu

ABŞ-ın Yaxın Şərqdə 17 hərbi bazası məhv edilib. “Fars”ın xəbərinə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü bildirib. “Amerikalılar ilk dəfə öz bazalarından qaçdılar və hotellərə sığındılar. Regiondakı ölkələr Amerika əsgərlərinə hotellərdə sığınacaq versə, təbii ki, həmin hotel hədəfimiz olacaq. Onları hotellərə buraxmayın ki, öz bazalarında zərər vura bilək”, – bildirilib. Əlavə edilib ki, … Read more

Tramp: İranla münaqişəyə son qoya biləcəyimizi bilmirəm

Tramp barmaq

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın münaqişəyə son qoymaq üçün razılığa gələ bilib-bilməyəcəyini bilmədiyini qeyd edib. O, bu barədə Ağ Evdə keçirilən kabinet iclasında deyib. O, İrana istinad edərək deyib: “Onlar razılaşma üçün yalvarırlar. Mən yox”. ABŞ Prezidenti əlavə edib ki, onlar bizdən razılaşma əldə etməyimizi xahiş edirlər: “Bunu edə biləcəyimizi bilmirəm. İstəyib-istəməyəcəyimizi bilmirəm. … Read more

Zelenski Səudiyyə Ərəbistanına gedib

Zelenski (1)

Volodimir Zelenski Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb. “Səudiyyə Ərəbistanına çatdım. Vacib görüşlər planlaşdırılır”, – Zelenski qeyd edib. O, kiminlə görüşlərin gözlənildiyini və ya nəyin müzakirə olunacağını dəqiqləşdirməyib. Kiyev daha əvvəl Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də dronlara qarşı müdafiəni gücləndirməkdə əməkdaşlıq etmək istəyini açıqlamışdı.

Stiv Uitkoff: İranla razılaşma mümkündür

Stiven Uitkoff

ABŞ İranla razılaşmanın mümkünlüyünə dair ciddi əlamətlər görür”. Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib. “Bu gün sizə deyə bilərəm ki, biz İrana mümkün sülh sazişinin əsasını təşkil edən 15 maddəlik fəaliyyət siyahısı təqdim etdik. Bu, vasitəçi kimi çıxış edən Pakistan hökuməti vasitəsilə çatdırılıb. Bu, əhəmiyyətli və … Read more

İran -ABŞ danışıqları Türkiyədə baş tuta bilər

Türkiye

ABŞ-İran danışıqları Türkiyədə keçirilə bilər. Bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb. İran rəsmisi agentliyə deyib ki, ABŞ-nin təklif etdiyi 15 bəndlik planı Pakistan vasitəsilə Tehrana çatdırıb. “Reuters”in həmsöhbəti mümkün danışıqlara həm Pakistan, həm də Türkiyənin ev sahibliyi edə biləcəyini qeyd edib: “Türkiyə müharibənin bitməsinə kömək edir, ona görə də ya Türkiyə, ya da Pakistan … Read more

İran ABŞ-ə rəsmi cavab verdi

ABŞ İran bayr

İran ABŞ-nin təklif etdiyi 15 maddəlik plana rəsmi cavab göndərib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Tehran cavab olaraq əks tələblər irəli sürüb. Bu tələblərə Amerika-İsrail təcavüzünün tamamilə dayandırılması, dəymiş ziyanın ödənilməsi və Hörmüz boğazı üzərində İranın tam nəzarəti daxildir.

SEPAH-ın daha bir generalı öldürüldü

Alirza tanqsiri

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbas şəhərində həyata keçirilən zərbə nəticəsində öldürülüb. Bu barədə “Times of Israel” nəşri rəsmi mənbəyə istinadən məlumat yayıb. İsrailli rəsmi bildirib ki, Tanqsiri Hörmüz boğazının bağlanmasına görə məsuliyyət daşıyıb. Məlumata görə, hələlik nə İran tərəfi, nə də İsrail ordusu hücumla bağlı rəsmi açıqlama … Read more

Ukraynra ordusu Leninqrad limanlarını bombaladı

Ust luqa liman

Ukrayna ordusu Leninqrad vilayətinə zərbələrdə yüngül motorlu A-22 təyyarəsindən istifadə edib. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Ust-Luqa limanına bu təyyarə vasitəsilə FAB bombaları atıb. Bildirilib ki, bu İkinci Dünya müharibəsindən bəri Leninqrada atılan ilk aviabombadır. Qeyd edək ki, Ukrayna ordusu Ust-Luqa limanındakı nəhəng neft terminalını vurmuşdu. Bu limanda neft, qaz-kondensat ixrac terminalları … Read more

Tramp Çinə səfər edəcək

Abş çin

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 14 və 15 mayda Çinə səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, səfər zamanı Tramp Pekində Çin Prezidenti Si Cinpinlə görüşəcək. Həmçinin qeyd olunub ki, Çin Prezidentinin də bu ilin sonlarında ABŞ-yə səfəri gözlənilir.

İran Küveytə dron atdı

War drone savaş sihası pua

Küveyt hava limanındakı yanacaq çəninə İranın iki dronla hücum etdiyini bildirib. Qerbxeber.com bildirir ki,Teleqraf.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əmirliyin Müdafiə Nazirliyinin sözçüsü Səud Əl-Ətvan bildirib. O qeyd edib ki, son 24 saat ərzində hakimiyyət orqanları 20 ballistik raket və doqquz dron atışını qeydə alıb. Onun sözlərinə görə, Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq … Read more

Lukaşenko Şimali Koreyaya səfər edib

Lukasenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir. Qerbxeber.comxəbər verir ki, bu barədə BelTA məlumat yayıb. Belarus dövlət başçısının mətbuat xidməti bundan əvvəl bildirmişdi ki, Aleksandr Lukaşenko Şimali Koreya Sədri Kim Çen Inın dəvəti ilə 25-26 mart tarixlərində bu ölkəyə rəsmi səfər edəcək. Mərkəzi tədbir iki ölkə liderləri arasında danışıqlar olacaq. Onlar ikitərəfli münasibətlərin inkişaf … Read more

Trampın”rejim dəyişikliyi”bəyanatı İranı faktiki idarə edənlərə mesajdır-Asif Nərimanlının yazısı

Asif

Tramp İranda “rejimin dəyişdiyi”ni, diplomatik danışıqların aparıldığını və qarşı tərəfin razılığa gəlməyə hazır olduğunu bəyan edib. İranda hərbi-siyasi rəhbərlik böyük ölçüdə aradan götürülsə də, bunu ABŞ prezidentinin dediyi “rejim dəyişikliyi” adlandırmaq çətindir, çünki ölkəyə faktiki olaraq, SEPAH rəhbərlik edir və müharibənin də, danışıqların da gedişinə bu qruplaşma qərar verəcək. Bu baxımdan, Trampın “rejim dəyişikliyi” açıqlaması … Read more