Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Zaqatalada “Kamaz” 5 yaşlı uşağın üstündən keçdi

Kamaz 2

Zaqatalada 5 yaşlı uşaq “Kamaz” markalı yük avtomobilinin altında qalıb. Hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib. Belə ki, 5 yaşlı Elman Məcid Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib. Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər … Read more

Qazax Dövlət Dram Teatrında “İnan mənə” adlı əsər səhnələşdirildi

Tamaşa qazax teatrı

İyunun 14-ü, saat 15:00-da Qazax Dövlət Dram Teatrında Qurtuluş günü münasibətilə birhissəli psixoloji dram janrında hazırlanmış “İnan mənə” tamaşası nümayiş etdirilib. Qerbxeber.com  məlumat verir ki, Əməkdar artist Xəzər Gəncəlinin quruluş verdiyi səhnə əsəri Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır. … Read more

Pezeşkian: Yalnız İsrail hücumlarını dayandıracağı təqdirdə ABŞ-la danışıqları davam edə bilərik

Pezeşkian yeni

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi ABŞ-la danışıqları yalnız İsrailin bölgəyə qarşı həyata keçirdiyi hücumları dayandıracağı halda davam etdirəcək. Qerbxeber.com APA-a istinadən xəbər verir ki, bu barədə İran dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib. “Biz sülh və diplomatiyaya üstünlük veririk. Lakin İsrail rejiminin təcavüzü fonunda ABŞ-la danışıqların davam etdirilməsi qeyri-mümkündür”, – deyə prezident vurğulayıb.

KİV: İran İsrailə güclü zərbələr endirməyə hazırlaşır

Indir 2025 06 15t125715.622

İran Silahlı Qüvvələri İsrailin hücumlarına cavab olaraq onu çox sərt şəkildə vurmağa hazırlaşır. Qerbxeber.com xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb. “İran İsrailin hücumlarına cavab olaraq çox ağır zərbə vurmağa hazırlaşır”, – agentliyin mənbəsi bildirib.

Məsud Pezeşkian İran xalqına müraciət etdi

Mesud Pezeshkian

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xalqa birlik çağırışı edib. Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib. Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu … Read more

SEPAH Azərbaycandan “günahkar”obrazı yaratmaq istəyir-Asif Nərimanlı

Asif nerimanlı

SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülür. İddia: Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir; Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Bunu Prezidentin köməkçisi … Read more

Tramp: İranla İsrail arasında tezliklə sülh olacaq

Trump Tramp

ABŞ Prezidenti Donald Tramp İsrail-İran müharibəsi ilə bağlı yeni açıqlama verib. Qerbxeber.com xəbər verir ki, Donald Tramp “Truth” sosial platformasında belə yazıb: “İran və İsrail razılığa gəlməlidir və gələcək. Hazırda çoxsaylı danışıqlar və görüşlər gedir”. Donald Tramp Hindistanla Pakistan, Serbiya ilə Kosova, Misirlə Efiopiya arasında sülh münasibətlərini misal gətirib: “Eynilə İsraillə İran arasında tezliklə sülh … Read more

Qıraq Kəsəməndə Kürün səviyyəsi artdı

Kür çayı

Yağıntılı hava nəticəsində ölkə ərazisində bir çox  çaylarda sululuq artıb. Qerbxeber.com Milli Hidrometereologiya Xidmətinə istinadən xəbər verir ki, transsərhəd çay olan Kür-Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.

İran elitası Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir – Sensasiya

Xamnei

İranın ali dini lideri Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar. Qerbxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, belə bir sensasion iddia ilə “İran İnternasional” çıxış edib. Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə … Read more

Gəncə şəhərində 42 yaşlı kişi odlu silahla qətlə yetirildi

Silahla qətl

İyun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Küləkli,yağışlı hava iyunun 18-əqədər davam edəcək

Yağıntılıhava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Qerbxeber.com xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, … Read more

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini imzalayıb

Rus iran

“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlament sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni prezidentə təqdim edib” – Qerbxeber.com xəbər verir ki,bu barədə İran tərəfdən yayılan rəsmi məlumatda bildirilib. Sənəd xüsusilə tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini və genişləndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın … Read more

ABŞ geri çəkilir, Avropa daha çox söz verir-Ukraynada nələr olacaq

Cityscape kiev ukraine 16x9

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib, Avropa isə əməldə deyil, sözdə kömək edir. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb. Bildirilib ki, ötən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Konqresdə keçirilən dinləmələrdə Tramp administrasiyasının Ukraynaya hərbi yardımı azaltmaq niyyətini təsdiqləyib: “Rusiyaya qarşı mübarizə indi Avropanın problemidir. Genişmiqyaslı … Read more

Britaniyada ilk dəfə Mİ6-ya qadın rəhbərlik edəcək

Mİ6 shef

Böyük Britaniyanın baş naziri Keir Starmer Britaniya Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadının kəşfiyyat zabiti Bleyz Metrevelinin rəhbərlik edəcəyini açıqlayıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb. Metreveli payızda Riçard Muru əvəz edəcək və xidmətin 18-ci rəhbəri olacaq. 47 yaşlı Bleyz Metreveli hazırda MI6-nın texnologiya və innovasiyaya cavabdeh olan … Read more

SEPAH-ın kəşfiyyat rəisinin öldüyü təsdiqləndi

Sepah kazimi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat rəisi Məhəmməd Kaziminin İsrailin zərbələri zamanı öldüyünü təsdiqləyib. Qerbxeber.com APA-a istinadən xəbər verir ki, bu haqda SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Kazimi ilə birlikdə onun iki silahdaşı Həsən Mohakak və Muhsen Bağiri də öldürülüb. Onların da yüksək rütbəli kəşfiyyatçı olduqları bildirilir.

İran-İsrail savaşının gərginliyi bu gecə də davam edir-Son Durum

Raket atışları

İranın İsraili ballistik raketlə vurması nəticəsində Hayfa şəhərində növbəti dəfə böyük dağıntılar əmələ gəlib. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə İran Silahlı Qüvvələrinin yaydığı məlumatına görə, raketlər şəhərdəki hərbi bazalara yönəlib. Hayfa şəhərində “Rafael” aerokosmik şirkətinin zavodu raket atışlarına məruz qalıb. Bu zavodda pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal olunur. Bununla … Read more

Zelenski:Dünya İsrail-İran savaşını izlərkən, Rusiya enerji sistemimizi vurmağı planlaşdırır

Zelenski yeni

“Rusiya Ukraynanın enerji sisteminə zərbələr endirməyi planlaşdırır”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun fikrincə, Ukraynanın enerji sistemi dünyanın gözünə daha az görünə bilər. Çünki indi Yaxın Şərqdəki vəziyyət daha çox diqqət mərkəzindədir. “Müvafiq məlumatlar partnyorlarımızın kəşfiyyat xidmətlərində var. Xüsusilə, Ukraynadakı nüvə infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri … Read more

İranda panika,əhali böyük şəhərlərdən qaçır

Kütləvi köç

İranda panika başlayıb. Tehran və Şiraz sakinləri kütləvi şəkildə şimala, Xəzər dənizi sahillərinə gedirlər.Bu barədə CNN  məlumat yayıb. Qeyd olunub ki, yollarda kilometrlərlə tıxac yaranıb. Tehranın özündə metro sığınacaq kimi 24 saatlıq iş rejiminə keçib. Bu, artıq təkcə lokal bir böhran deyil. İsrailin müdafiə naziri son çıxışında Tehrana qarşı yeni və daha dağıdıcı əməliyyatların an … Read more