Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

SEPAH Azərbaycandan “günahkar”obrazı yaratmaq istəyir-Asif Nərimanlı

16 iyun / 11:51 2 dəq
Asif nerimanlı
16 iyun / 11:51
Burada sizin reklamınız ola bilər
SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülür.

İddia: Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir;

Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi: “Neft bazarının qaydalarına görə o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada 10-larla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhana Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır”.
SEPAH-a yaxın medianın İsrailin hücumu qarşısında Azərbaycanı ittiham etməsinin məqsədi Arazın o tayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə “günahkar” obrazını yaratmaqdır.
Çünki müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üz tutacağı və onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifaq toxumu səpməyə çalışır. Belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı