Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir.

Zaxarova

Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib. “Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər nə … Read more

BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya

Bmt

“BMT Rusiya ilə Azərbaycan arasında ‘artan gərginlik’dən xəbərdardır”.  Qerbxeber.com BMT-nin saytına istinadla xəbər verir ki, bunu BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik deyib. O həmçinin Moskva və Bakının mübahisələri diplomatik yolla həll edəcəklərinə ümid etdiyini bildirib. “Biz hər iki ölkədə insidentlərlə müşayiət olunan Azərbaycan və Rusiya arasında artan gərginlikdən xəbərdarıq. Ümid edirik ki, hər şey … Read more

Rus ekspert: Bakıya verilən meyitlərə baxmaq mümkün deyil -DƏHŞƏTDİR!

Aleksey naumov

Rusiya-Azərbaycan münaqişəsi iki tərəf arasında yaranmış informasiya uçurumunun göstəricisidir. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib. “Rusiya mətbuatında Azərbaycanın “qətldə şübhəli” bilinən etnik azərbaycanlıların saxlanmasından narazı olması ilə bağlı iddialara tez-tez rast gəlmək olar. Bu arada, Azərbaycan seqmentində, əslində, istər mediada, istərsə də Teleqram kanallarında həbsin özü ilə bağlı heç bir … Read more

Baş nazir Əli Əsədov Şimali Kipr Respublikasının Prezidenti ilə görüşüb

əsədov tatar

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüşüb. Nazirlər Kabinetindən Qerbxeber.com-a bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə … Read more

Azərbaycanda Şəxsiyyət vəsiqələri yeni formada olacaq-TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏR

şəxsiyyət vəsiqəsi

Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik ediləcək. Qerbxeber.com xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri ve olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq … Read more

Prezidentlər Əliyev və Mirziyoyev Özbəkistan Respublikasının Bakıdakı səfirliyinin yeni binasının açılışını etdilər

Sefirlik açılış

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. APA xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. … Read more

Azərbaycan və Özbəkistan liderləri beynəlxalq və regional məsələləri müzakirə ediblər

Ilham şevkat

Bu gün biz burada regional və beynəlxalq məsələlər üzrə ikitərəfli və çoxtərəfli münasibətlər haqqında fikir mübadiləsi aparmışıq. Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. “Sizə məmnuniyyətlə demək istəyirəm ki, bizim ciddi məsələlərlə bağlı fikirlərimiz eynidir. Biz bu fikirləri lazım olan bütün platformalarda təbliğ edəcəyik, çünki bu gün bizə beynəlxalq … Read more

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

80d1d8b8 c8aa 3831 8343 859f1bc74f7a

Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X”də yazıb. “Bu gün Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında məhsuldar siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya tərəfini isə nazirliyin Şərqi Avropa, Qafqaz və … Read more

Rusiya səfiri XİN -ə çağırıldı- RƏSMİ ETİRAZ

Xin yeni1jpg 1629981284

Bu gün- 2 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. http://Qerbxeber.com APA-ya istinadən  xəbər verir ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə … Read more

Özbəkistan Prezidenti Şevkat Mirziyoyev Azərbaycana dövlət səfəri edib

Ozb aze prz

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. Bu barədə Qerbxeber.com APA-ya istinadən  xəbər verir. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi. Özbəkistan Respublikasının … Read more

Merz və Zelenski “TAURUS” raketləri barədə müzakirə aparıb

Merz ve zelenski

Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenski ilə ukraynalı hərbçilərin “Taurus” qanadlı raketləri ilə işləmək üçün təlim keçməsi məsələsini müzakirə edib və belə bir ssenarinin olması istisna edilmir. Qerbxeber.com APA -ya istinadən xəbər verir ki, bu haqda Almaniya kansleri Fridrix Merz məlumat verib. “Biz hələ bu barədə razılığa gəlməmişik. Mən bu barədə Zelenski ilə … Read more

Tramp Baydenə “it oğlu” dedi

Tramp Bayden

Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi! Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Alkatraz” miqrasiya mərkəzinə səfəri zamanı bildirib. “Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi! Mən gedəndə bizim güclü, etibarlı şəkildə qorunan sərhədimiz var idi. Heç bir problem yox idi. O isə ilk gündən sərhədi açdı. İnsanlar gözlərinə inana bilmirdilər və soruşurdular: “Nə baş … Read more

Rusiya-Azərbaycan münasibətləri yenidən dəyərləndirilməlidir-RAUF MİRQƏDİROV

Rauf mirgadirov in 2016

Məni güya “vətən xaini” olduğuma, güya Qərbin puluna yaşadığıma görə Azərbaycan-Rusiya “qardaşlığını” gözü götürməməkdə ittiham edənlər bu gün az qala Rusiyaya müharibə elan etməyə çağırırlar.   Mən Rusiya-Azərbaycan münasibətlərinin kökündən yenidən dəyərləndirilməsinin tərəfdarıyam. Amma bir sıra məsələlərə diqqət yetirmək lazımdır:  Birincisi, Rusiyaya tay olmaq lazım deyil. Ruspfobiya bizim silahımız ola bilməz. Bu bizim praqmatik maraqlarımıza … Read more

Bakı və İrəvanda Moskvaya qarşı paralel şəkildə aparılan müqavimətin tarixi əhəmiyyəti var-ASİF NƏRİMANLI

Asif nerimanlı

İlk dəfədir Azərbaycan və Ermənistanın Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi ortaq görünür: Rusiyanı regiona buraxmamaq, II Qarabağ müharibəsindən öncəki üstünlüyünü təmin etməyə imkan verməmək;  200 ildən artıqdır bu coğrafiyada baş verən bütün müharibələrin, qırğınların izi Moskvaya çıxır. Yenidən bölgəyə girməyə çalışan Rusiya yenə ən yaxşı bildiyi yoldan – toqquşma, münaqişə, müharibə taktikasından hərəkət etmək … Read more

Şahin Şıxlinski sərbəst buraxıldı

şıxlinski şahin

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb. Qerbxeber.com bildirir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib Şıxlinski dindirildikdən sonra azad edilib. Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi zorakılıqla saxlanılmışdı. Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı … Read more

Rusiyanın Ural vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanıldı

Şəxlınski Şahin

Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb. Qerbxeber.com -un məlumatına görə, Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisədən bir müddət sonra Mutvalı Şıxlinski sərbəst buraxılıb.Yerli saytlara açıqlama verən Mutvalı Şıxlinski bildirib ki,-mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı … Read more

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

E4c867ad 1405 384d 812b 6df4af5dd0d9 850

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək. Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. A.Bağırov Rusiyada həbs olunan sahibkarlar, diaspora rəsmiləri ilə bağlı bildirib ki, Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir: “Onların bir tək “günahı” son günlər … Read more

Bakıda saxlanılan Rusiya vətəndaşlarının 4-ü barəsində həbs qətimkan tədbiri seçilib

Saxlanilan ruslar 2

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir. Qerbxeber.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir. İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən … Read more

Rusun Gücü-İbrahim Nəbioğlunun yazısı

İbrahim nebioğlu

Rusiyanın əlində nüvə silahı olmasa, hətta İran belə ondan daha güclü bir ölkə olar. Bu reallıq təkcə bu günə aid deyil. Tarix boyu belə olub. Rusiya İmperatorluğu da eyni idi – kasıb, geridə qalmış, avtoritar və xalqları zorla birləşdirmiş bir quruluş. Onun gücü nə iqtisadiyyatdan, nə də texnologiyadan gəlirdi. Sadəcə ucuz və sonsuz insan resursu … Read more

Haşimoto-Nəzarət sizdə ola bilər.. Sağlam həyat üzrə motivator Elnur Nemətovun yazısı

Elnur nemətov 4

Son zamanlar ən çox xanımlar arasında geniş yayılmış autoimmun xəstəliyi özünü birbaşa hiss etdirməsə də, gizlicə öz işini görür. İmmun sistemi səhvən qalxanabənzər vəzini hədəfə alır və zədələyir. Bədən elə bilir ki, öz içində düşməni var və onunla mübarizə aparmağa başlayır… Buna Haşimoto xəstəliyi deyirlər. Nəticədə: Maddələr mübadiləsi yavaş işləyir Əzələ zəifləməsi Yorğunluq Soyuqluq hissi … Read more