Putin və Trump arasında telefon danışığı başlayıb
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, telefon danışığı hələ davam edir. Qeyd edək ki, bu, iki ölkə liderləri arasında son ay yarım ərzində dördüncü telefon danışığıdır.