Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ukrayna Prezidenti İlham Əliyevə zəng etdi: Yekatirinburqda azərbaycanlıların qətlə yetirilməsini….

əliyev zelenski telefon

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qerbxeber.com xəbər verir bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir. Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Prezident Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində … Read more

Azərbaycan və Ukrayna Prezidentləri Bakıda Hökümətlərarası Komissiyanın iclasını keçirmək barədə razılaşıblar

Aliyev zeleski

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə dövlət başçıları arasında Ukrayna Prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı müzakirə aparılıb. Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə … Read more

Xəstələrə laqeyd yanaşan həkimlərə sərt cəzalar tətbiq olunacaq

Tecili yardım

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyənləşir. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, Cinayət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək “Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunacaq. Həmçinin, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə … Read more

XİN-dən Rusiyay NOTA-DAXİLİ İŞLƏRİMİZƏ QARIŞMAYIN

Xin new

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşünə münasibət bildirib. Qerbxeber.com xəbər verir ki, Ayxan Hacızadə deyib ki, 1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun … Read more

Netanyahu gələn həftə ABŞ-a səfər edəcək

Netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və Donald Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib. Qerbxeber.com bildirir ki, bu barədə APA “The Jerusalem Post” qəzetinə istinadən xəbər yayıb. Bildirilir ki, Netanyahu Amerika rəsmiləri ilə təhlükəsizlik və ticarətlə bağlı məsələləri müzakirə edəcək. Netanyahu  gələn həftə ABŞ-da Prezident Tramp, vitse-prezident Jeyms Devid Vens, … Read more

Finlandiya xarici işlər naziri Trampı Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə çağırdı

Fin nazir

Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı Senatın təşəbbüsünü dəstəkləməyə çağırıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Valtonen bu barədə “X” hesabında paylaşım edib. O, qeyd edib ki, sanksiya təzyiqi tədricən Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirəcək mərhələyə yaxınlaşdırır. Nazirin sözlərinə görə, Ukrayna üçün ədalətli sülhü təmin etmək üçün Rusiyaya … Read more

Azərbaycanda müəllimlərin bir çoxu imtahandan keçə bilmədi-2300 müəllim İXTİSARA DÜŞDÜ

Müəllimlərin imtahanı

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, … Read more

Bakıda rusların iki cinayətkar dəstəsi SAXLANILDI

Rus mafiyasi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Qerbxeber.com xəbər verir ki, “Report”un verdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məsud Pezeşkian Xankəndinə gələcək

Mesud Pezeshkian

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Qerbxeber.com  Teleqraf-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək. İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.    

Azərbaycan əsilli diplomat Slovakiyanın səfiri təyin olundu

Flag of slovakia.svg

Slovakiya Azərbaycana yeni səfir təyin edib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Elçin Qasımov təyin olunub. Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiya üzrə 8 diplomatik missiyanın rəhbərinə etimadnamələrini təqdim edib. Qeyd edək ki, E.Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir.

Azərbaycanda avro 2 manatı keçdi-VALYUTA MƏZƏNNƏLƏRİ

Avro

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankın məlumatına görə, 2025-ci il iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi 0,0427 manatadək, Avro isə 2,0035 manata kimi bahalaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 2,0035 1 Avstraliya dolları AUD 1,1174 1 Belarus … Read more

Avropa İttifaqı Şurasına sədrlik Danimarkaya keçdi

Danimarka ve avr bayr

Danimarka Avropa İttifaqı Şurasında sədrliyi Polşadan təhvil alaraq növbəti altı ay ərzində bu vəzifəni icra edəcək. Krallıq 31 dekabr tarixinədək Şuraya rəhbərlik edəcək və daha sonra sədrlik  Cənubi Kiprə keçəcək. Qeyd edək ki, bu, Danimarkanın Aİ Şurasına səkkizinci sədrliyidir. Ölkə sonuncu dəfə bu vəzifəni 2012-ci ilin birinci yarısında icra edib.

Zelenski Almanya XİN rəhbəri ilə, birgə silah istehsalı və yeni HHM sistemlərinin qurulmasını müzakirə edib

Ukrainian President Zelensky's address to the residents of Ukrainian cities

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Yohan Vadeful və Kiyevə ilk səfərini edən alman müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdüyünü bildirib. Qerbxeber.com xəbər verir ki, Zelenski bu barədə “X” platformasında paylaşım edib. Dövlət başçısının sözlərinə görə, Almaniya XİN rəhbəri ilə görüşdə Rusiyaya qarşı sanksiya təzyiqi, yeni IRIS-T hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukrayna … Read more

Azərbaycanda iyulun 1-dən sosial müavinətlər və təqaüdlər artılır

Pensiya

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb. Qerbxeber.com-un məlumatına görə, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixdə imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, … Read more

Şevçenko Yekaterinburq hadisələrində bir neçə versiya irəli sürdü

Shevchenko

Rusiya-Azərbaycan əlaqələrinin indiki durumuna münasibətim çox mənfidir. Mən hesab edirəm ki, bu münasibətlər Rusiya və Azərbaycandan asılı deyil. Bu, müxtəlif transmilli, maliyyə elitalarından asılıdır. Onlardan bəziləri Rusiya, bəziləri Azərbaycanla işləyirlər. Həmin transmilli qruplar arasında münaqişə təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri müəyyən edir. Qerbxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai … Read more

Almanyalı nazirdən Ukraynaya xoş xəbər

Yohan vadeful

Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Yohan Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşdə bildirib. O vurğulayıb ki, vəsaitin 2 milyardı hava hücumundan müdafiə, raket və sursata xərclənəcək. Qeyd edək ki, alman nazir Kiyevdə səfərdədir.

Özbəkistan Prezidenti Xankəndinə gələcək

Şevkat mirziyayev

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək. İyulun 3-4-də keçiriləcək sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, təşkilata üzv olan digər ölkələrin dövlət və hökumət başçıları qatılacaq.

Paşınyan Kallasla sülh prosesini müzakirə etdi

Paşinyan kallas

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin baş diplomatı Kaya Kallasla görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, görüşdə regional proseslərlə yanaşı, Bakı-İrəvan sülh məsələləri də gündəmdə olub. Kallas Azərbaycanla Ermənistan arasında sülh üçün irəliləyişin müsbət addım olacağını vurğulayıb. Qeyd edək ki, Kaya Kallas İrəvanda səfərdədir.