Güclü külək Qusarı işıqsız qoydu

Qusar

Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub. Bunu Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib. Ş.Fərəməzov bildirib ki, “şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb”. Onun sözlərinə … Read more

Qazaxda üç minillik insan qəbirləri tapılıb

337513

Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri aşkarlanıb.  Arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin … Read more

Tovuz sakinləri iki gündür işıqsız qalıb

416162930

Mayın 24-də əsən güclü külək Tovuz rayonunda elektrik enerjisinin verilməsində problemlər yaradıb.  “Bölgənin Səsi” saytının məlumatına görə, rayonun Əsrik dərəsinə daxil olan Hacılar, Muncuqlu, Qaralar, Şıxheybəd, Qoşakənd, Pələngli, Böyükqışlaq dağ kəndlərində elektrik xətləri sıradan çıxıb, işıqlar sönüb. Kənd sakinləri redaksiyamıza müraciət edərək bildirib ki, iki gündür qaranlıqda qalmalarına baxmayaraq heç bir əlaqədar dövlət strukturu onlarla … Read more

Gəncə Üsyanından 99 il ötür

Gəncə üsyanı (1920)

1920-ci il Gəncə Üsyanının başlanmasından 99 il ötür. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edilsə də, ölkə tamamilə təslim olmadı. Bolşevik hakimiyyətinə qarşı ən güclü silahlı müqavimət Gəncədə təşkil edildi. May ayının 24-də ölkənin birinci paytaxtı Gəncədə milli ordu generallarının başçılığı ilə yerli qarnizon qoşunları üsyan qaldırdı. Üsyanın əsas rəhbərləri Məhəmməd … Read more

Mədəniyyət xadimlərinə fəxri adlar verilib – Siyahı

409419581

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq şairi” Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz) Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən) Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) “Xalq yazıçısı” Abdullayev Kamal Mehdi oğlu … Read more

Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinə yekun vurulub

1558776653563747804 367x266

Sumqayıtın 70 illiyinə həsr olunan tədbirlər çərçivəsində ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib. Müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilib. “28 May” mədəniyyət evində keçirilən müsabiqəyə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər”, Bülbül adına uşaq incəsənət məktəbinin “Ümid”, S. Rüstəmov adına Uşaq İncəsənət məktəbinin “Gənc şahinlər”, Sumqayıt şəhər Gənclər və … Read more

Fənn olimpiadalarının final turu

15587770483639262500 367x266

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilir. Final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıblar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş … Read more

Azərbaycan nefti ucuzlaşıb

80b8f690 6a35 4a81 9777 6e6f34023c6f

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,05 ABŞ dolları və yaxud 0,07% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 70,95 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İstirahət gününə olan hava durumu

0a096252 15db 4269 a516 93bebd3e2a01

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz … Read more

DGK rəhbərliyi vətəndaşları qəbul edib

96f1689a 3d6d 4d45 b7e8 241b24584990

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Balakən, Zaqatala və Qax şəhərlərində bu bölgələrin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib. Bu barədə Komitədən bildirilib. Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin qəbulu Balakən şəhərində keçirilib. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər, əsasən, gömrük orqanlarında işə qəbul və digər … Read more

İnan Kərimov vətəndaşları qəbul edəcək

4e7ebe52 0ed3 424d ade0 dbf7f47df259

Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 30-u saat 11:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran və Astara rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mayın 30-u saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin … Read more

Bəzi royonlara dolu düşüb

685efe72 05b3 47a4 99fd 5aad0d978000

Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb. Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın … Read more

Azərbaycan boksçusu finala yüksəlib

Boxing+Olympics+Day+9+v4RasEP5A21x

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb.  Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb. Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş onun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək. L. Sotomayordan fərqli, Alfonso … Read more

Dmanisinin Məmişli kəndi silkələndi – Zəlzələ

B036c79da677f531759b07a09b6e482e

Mayın 24-də axşam saatlarında Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:30-da Tiflisdən 60 kilometr aralıda azərbaycanlıların yığcam yaşadıqları Dmanisinin Məmişli kəndində qeydə alınıb. Zəlzələnin gücü 3,6 bal gücündə olub. Dağıntı və təlafat barədə məlumat verilmir. Qeyd edək ki, may … Read more

Avropa Mingəçevirə gəldi – Foto

1m

Xəbər verdiyimiz kimi, mayın 21-i Şərq Tərəfdaşlığı proqramı 10 illik yubileyini Mingəçevirdə qeyd etdi. Başçı ilə görüş “Avropa günləri”nin növbəti mərhələsi Nur şəhərində keçirildi. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri, bir neçə ölkənin fövqəladə və səlahiyyətli səfiri və  media nümayəndələri Mingəçevirdə səfərdə oldular. Qonaqlar … Read more

Atəşkəs yenə pozulub

Trend karabax main

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan … Read more

Günün havası: paytaxtda yağmursuz, rayonlarda isə…

0a096252 15db 4269 a516 93bebd3e2a01

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 23-28, Bakıda gecə 26-28 … Read more

Taxıl biçininə başlanılıb

1e6c8c1b 2fc3 490a 9c7c 1bce31ede036

Kürdəmir rayonunda taxıl biçininə start verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov məlumat verib. Onun sözlərinə görə, taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər: “Fermerlər ilk gündə 100 hektara qədər sahədə biçin aparıblar. Taxıl zəmilərindən ilkin olaraq arpa biçilir və orta məhsuldarlığın keçən … Read more

Qərb bölgəsində elektirik enerjisinin verilməsində fasilələr yaranıb

6cd27c37 5ff1 4a4f b9b8 69a49e33ed55

Azərbaycanın qərb bölgəsində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.  Buna səbəb Gəncə şəhəri, Qazax, Ağstafa və Tovuz rayonlarında küləklə müşahidə olunan güclü leysan yağışın yağmasıdır. Mövcud hava şəraitinin bölgədə hansısa fəsadlar törədib-törətmədiyi barədə hələlik məlumat yoxdur.

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qaralov qebul 240519

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş prokuror Zakir Qaralov mayın 24-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və … Read more