“Keşikçidağ”a giriş məhdudlaşdırıldı

23 24 56 1563286697 untitled

“Keşikçidağ” monastır kompleksinə giriş iyulun 15-dən Gürcüstan tərəfdən məhdudlaşdırılıb. Turistlərdən ibarət qrupları Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin yarandığını bildiriblər.   Bələdçilərdən biri İrakli Marukşavili deyib ki, turistlər iyulun 15-də Voskreseniya məbədinə və Çiçxituri qülləsinə qalxa bilməyiblər: “Həmişəki kimi, yamacı keçmək istəsək də, təəssüf ki, indi buna icazə verilmir. İlk … Read more

Boşanmaların sayı niyə artır? – Videosorğu

2bdc4bd0 fa7c 4298 bfef 153aa0426322

2018-ci ildə Azərbaycanda 62484 nikah bağlanıb, 14857 boşanma olub.  Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 5 ayı ərzində isə ölkədə 23684 nikah və 7082 boşanma halı qeydə alınıb. Ekspertlər hesab edirlər ki, son illərdə Azərbaycanda boşanmaların sayı artıb. Hətta bunun təhlükəli həddə çatdığını düşünənlər də var. Boşanmaların sayının artmasının səbəbləri ilə bağlı Bakı sakinləri arasında sorğu keçirilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti 282 hüquq pozuntusu aşkarlayıb

B38b538d 51b6 4d0d 9c8e 19bf95234701

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 282 hüquq pozuntusu aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hüquq pozuntuları, əsasən, əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə … Read more

Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib

Azerbaijan passport 140317

Azərbaycanda daimi yaşamaq üçün müraciətlər əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daxil olub. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib: “Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, … Read more

“Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb

Dsx 180719

Dövlət Sərhəd Xidməti (DSX) Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat yayıb. DSX-dən verilən məlumata görə, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin … Read more

Aqrar sahədə hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

3cadfa63 bad6 44a3 a059 7828fcbefdce

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasına, dövlətin bu sahədə çalışanlara subsidiyalar verməsinə, onların bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə etməsinə baxmayaraq, aqrar sahədə vergi hesabatlılığı günün tələblərinə cavab vermir. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı … Read more

Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb

B72d371c 41a2 49f5 8f5d 42f43e4b3719

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qurumdan bildirilib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri … Read more

Nazir müavinləri vətəndaşları qəbul edəcəklər

27cdbbd4 662c 44a1 9b08 d60e2992288e

Sabah, saat 11:00-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qusar şəhəri, Mirzə Vəliyev küçəsində yerləşən Heydər Əliyev Mərkəzində Qusar rayonundan olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək. Bu barədə nazirlik məlumat yayıb. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün office@economy.gov.az elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) … Read more

Azərbaycan nefti ucuzlaşıb

B4d983b8 1e34 471b 913d 1df58dbd10e9

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,39 ABŞ dolları və yaxud 3,49% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,17 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Cəbhədəki vəziyyət

Trend karabax soldier albom hd 200814

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd … Read more

Şəmkirdə baş verən qəzada universitet tələbəsi ölüb – YENİLƏNİB

Ab4dfb12 e075 47fd 802b cf00f9296c69

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.  Yayılan məlumata görə, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub. Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib. *** Gecə saatlarında Şəmkir … Read more

Şəmkirdə 210 kq ölmüş inək əti aşkarlanıb

Eee89c16 f27e 41b2 a98c 71cf7db458f0

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir iyulun 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda keçirilib. … Read more

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb

Fd315e3a 5e40 44a0 99f6 f09136141f64

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır sabit qiymətləndirilir. “Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti isə orta-ağır sabitdir”, – … Read more

Azərbaycanda sərnişinlərin 4%-i taksi ilə hərəkət edir

D5ea973a 5936 4bfc 8bfc ce8337fea7d3

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük, 848 milyon nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 1,9% çoxdur. Sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksi ilə hərəkər edib. Son 1 ildə yük dövriyyəsi 2,5%, sərnişin dövriyyəsi isə 2% artıb.

SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon dollar ödənilib-FOTO

88b95faa 117c 4835 abab 2bca06940cc7

Bu gün dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 2019-cu il üzrə sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib. “SOCAR Capital” şirkətindən  verilən məlumata əsasən, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13,750 mln. dollara çatıb. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi … Read more

“Naxçıvan Bank”ın mənfəəti azalıb

Eb7a0503 1254 408a 8ad0 083a3eb23069

Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 215,764 milyon manat təşkil edib. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 12,5% çoxdur. “Naxçıvan Bank”ın aktivlərinin 74,374 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3% böyüyüb. Hesabat dövründə “Naxçıvan Bank”ın cəmi öhdəlikləri 16,1% artaraq 135,364 milyon manata, o cümlədən depozit portfeli 19,5% artaraq 89,317 milyon manata, cəmi kapitalı … Read more

51 abituriyentin qiymətində dəyişiklik edilib

F96d3b2b 8b46 4e63 9e95 b1f6393b9bca

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyası rəyini açıqlayıb.  Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, komissiyaya 449 abituriyent (bütün imtahan verənlərin 1,87%-i) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib. Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən … Read more

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınıb

Ce046b63 5e15 45ab a2bd def6785cf6fc

“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin ləğv edilməsi hallarının sayı azalıb”. Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O bildirib ki, iyulun 8-dən bu günə kimi nəticələri ləğv edilən namizədlərin sayı 5-dən artıq deyil: “İndiyə qədər 15 mindən artıq namizəd imtahan verib. Cəmi 5 nəfərin … Read more

Hərbi hissələrdə yoxlama başladı

955a8d611b5a78a558954f9dc254294f

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdən birində olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığını, … Read more

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq

Pomidor xiyar

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir. Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsinin gecikməsi ilə izah edib. Onun sözlərinə görə, həvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara … Read more