Şəmkirdə avtomobil ağaca çırpılıb
Bakı-Qazax avtomobil yolunda qəza baş verib. Hadisə magistral yolun Şəmkir rayon Sarıtəpə kənd ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların kimliyi dəqiqləşdirilir. … Read more