Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Qazaxda şəhid olan əsgərlə vida mərasimi keçirilir

1909a809 3788 4b6a 8de2 771b25f2acf4

Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib. Şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon … Read more

Quşçu Ayrımdan şəhid xəbəri

A5a0e007 1037 404b 97b8 eb1c3663a509

Dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Azərbaycan Ordusunun mövqelərinə hücum davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş … Read more

Tovuzda yol tikintisinə vəsait ayrıldı

3a4e67c6 886e 419b ad91 9d7c7997d4c5

Prezident İlham Əliyev “Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin … Read more

Qazaxda raket tapılıb

7c00d1e9 58b5 4271 875c effb3158699e

Martın 5-i saat 10:36-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən kanalizasiya quyusunda mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan report-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) və Səhiyyə … Read more

Azərbaycanlı məmur rüşvət iddiası ilə saxlanılıb

037fd9bc 712e 43b2 bc4b 38cffa2c03d4

Gürcüstanın Qardabani rayonunun Candar kənd ərazi vahidliyi üzrə bələdiyyə nümayəndəsi saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan Ə.M. adlı azərbaycanlı məmur dövlətin balansında olan torpaq sahəsinin bir il müddətinə istifadəsi üçün Türkiyə vətəndaşından 30 min lari rüşvət alıb. Məmur rüşvət alan zamanı saxlanılıb. Faktla … Read more

Milli Məclisin yeni deputatları – Tam Siyahı

Millimeclis1

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. VI çağırış Milli Məclisin … Read more

Azərbaycanda neçə nəfər karantindədir?

8473ecf9 4f4d 438b bfc3 2ea9f400ba3b

“Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb: “Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir: “Hətta ev şəraitində müalicəsi də … Read more

Ağstafada üzümçülər çarəsiz qalıb

423270131

Ağstafalı fermerlər gəlir əldə edə bilmədiklərindən üzüm bağlarını kütləvi ləğv edirlər.  Sputnik xəbər verir ki, son illər məhsulun yaxşı qiymətə satışını həyata keçirə bilmədiklərindən və rayon ərazisində soyuducu anbarların olmaması fermerlərin üzüm bağlarını doğrayaraq yerində meyvə bağları salmasına səbəb olub. 17 ildən çoxdur ki, üzümçülüklə məşğul olan rayonun Qarahəsənli kənd sakini Süleyman Babayev son illərədək üzümdən yaxşı … Read more

Gürcüstandan avtomobil idxalı artıb

4ee14a2e 8a7e 4daa 8118 63892a16be04

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ümumi dəyəri 31,603,2 min ABŞ dolları olan 3 194 ədəd avtomobil ixrac edilib. Bu barədə report-a Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik avtomobillərin sayı 2 113 ədəd və ya 2,95 dəfə artıb.

Tovuzda yol tikintisinə vəsait ayrılıb – SƏRƏNCAM

E35e194a 24b1 4f2c 9a74 a01bd2bfc14d

Prezident İlham Əliyev Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş … Read more

Boşanmaların səbəbləri açıqlanıb

Razvod ayriliq

Ədliyyə Nazirliyi Azərbaycanda boşanmaların əsas səbəblərini açıqlayıb. Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə ölkədə 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb. Nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, … Read more

Tovuzda avtomobil yolu yenidən qurulub

C0af95a7 2b2f 4a04 8169 522b2eb63f56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident Tovuzda səfərdədir

Cba05e05 5212 4c2b 82b5 06d20128c4cf

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib. Ölkə başçısı daha sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov müəssisədə yaradılan şərait prezidenti məlumatlandırıb.

Ağstafada Aqrar Sənaye Kompleksi istifadəyə verilib

9775bd11 7468 4262 b5bc 2560a25bb5c7

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib. Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib. Prezident İlham Əliyev komplekslə tanış olub. Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Uşaqlara ən çox qoyulan adlar – Siyahı

F7e0e7c3 59ed 4c1e b21b dc714240669c

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. Bu barədə report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə qoyulan oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib. Eyni zamanda cari ilin ötən … Read more

Ağstafada bu yolun bərpadan sonra açılışı olub

8dbdb813 f5e4 41cd beb5 7eb2633fbffe

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı ölkə başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

Qazax Mərkəzi Xəstəxanasının açılışı olub

1f2f0d8a f749 4d1b b873 e9d8d72b795c

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Prezident xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Ölkə başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri … Read more

Prezident Qazaxda yol açılışında iştirak edib

C71f9816 0ada 4230 8723 ca61d1537b14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun … Read more