Şəmkirdə avtomobil ağaca çırpılıb
Bakı-Qazax avtomobil yolunda qəza baş verib.
Hadisə magistral yolun Şəmkir rayon Sarıtəpə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların kimliyi dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.





