Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq.