Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycanda daha 43 nəfər virusa yoluxub –

1584443230997 mJmL7KPW

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə … Read more

Ağstafa Regional Mədəniyyət İdarəsi Koronavirusla mübarizəyə pul yığır? – Açıqlama

IMG 20200327 WA0017

Xəbər verdiyimiz kimi, qərb bölgəsində fəaliyyət göstərən bəzi qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait toplayırlar. “Qərb Xəbər” saytının redaksiyasına daxil olan informasiyada iddia olunur ki, idarə və müəssisə rəhbərləri aid olduqları qurumun fonda köçürdüyü vəsaiti məcburi şəkildə öz əməkdaşlarından tələb edirlər. Daxil olan informasiyada adı çəkilənlərdən biri də Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüqar Qədirovdur. … Read more

Dövlət qurumları koronavirusla mübarizəyə ayırdıqları vəsaiti əməkdaşlarından yığır?

171c4e6a 6859 4b48 a627 1c55ef4bbecd

Covid-19 virusu yayılandan sonra Azərbaycanda bir çox idarə və müəssisələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. “Qərb Xəbər” daxil olan iddialara görə, qərb bölgəsində fəaliyyət göstərən bəzi qurumlar fonda ayırdıqları vəsaiti əməkdaşlarından toplayır. Hazırda bununla bağlı araşdırmalar aparırıq. Rəsmi qurumlar zənglərə cavab vermir, zənglərə cavab verən qurumlar suallardan yayınır. Yaxın zamanda araşdırmamızın nəticəsini saytımıza yerləşdirəcəyik. … Read more

Nazirlik rəsmisi: Evdə qalın…

421695612

“Təəssüf edirik ki, bəzi valideynlər məktəblərin bağlanmasını bayram kimi qəbul edərək uşaqları ilə gəzməyə gedirlər, bununla da həm özlərinin, həm də övladlarının həyatlarını təhlükəyə atırlar”. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, valideynlərə həm özlərinin, həm də uşaqlarının sağlamlığının təhlükəsizliyi üçün “Evdə qalın” çağırışı ilə müraciət … Read more

Tbilisidəki Azərbaycan teatrının aktyorları işdən çıxarıldı

1d711ef8 5c0e 44c4 8003 c1ad01856cf7

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında səs-küyə səbəb olan qalmaqallı vəziyyət yaranıb. “Report” xəbər verir ki, teatr rəhbərliyi 8-i peşəkar aktyor olmaqla 11 nəfəri işdən azad edib. İşdən çıxarılanlar bu qərarı ədalətsiz adlandırıblar. Onların arasında uzun illər teatrda çalışanlar da var. Aktyorların sözlərinə görə, bu addımla Gürcüstandakı Azərbaycan mədəniyyətinə böyük zərbə vurulub. Mədəniyyət ocağından aktyorların qovulması onların … Read more

Bayraq haqqında qanuna dəyişiklik

4a780a61 bc93 46ae bdcc 0b4b33e2de53

“Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir. Qanuna yeni 1.4-cü bənd əlavə olunur. Yeni bəndə əsasən Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında” qanunu ilə müəyyən ediləcək.

Hərbi xidmətə çağırış müddəti uzadıla bilər

Soldier azerbaijan

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılması təklif olunur. Bu barədə məsələ “Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Gəncə əhalisi virusa qarşı maarifləndirilib

D5d5f433 7119 4745 9967 f98c40743f6a

Koronavirus pandemiyası ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq, … Read more

Koronavirus can almaqda davam edir – Cədvəl

A6e101e9 1d27 4ee8 b413 beaf0d698bb6

Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. “Qərb Xəbər” saytının məlumatına görə, ölüm sayı Azərbaycanla həmsərhəd olan İranda 143-ə çatıb. Koronavirusun ən çox yayıldığı ölkələrdən olan İtaliyada bir gecədə 683 və İspaniyada isə 656 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gün ərzində yenilədiyi rəqəmləri təqdim edirik:

Tovuzda avtoqəza olub

Vaz crash 170413

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Azərbaycanda bir nəfər koronavirusdan ölüb

171c4e6a 6859 4b48 a627 1c55ef4bbecd

Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. … Read more

Sabaha gözlənilən hava

9848a9e0 db9f 4b52 a45c 6da83c7f76ea

Martın 27-də bəzi yerlərdə duman olacaq.  Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % … Read more

Qazaxda qaçqın şəhərciyində dezinfeksiya işləri aparılıb

IMG 20200326

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri respublikanın hər yerində olduğu kimi, Qazaxda da davam etdirilir. Bu gün növbəti dezinfeksiya işləri işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə aparılıb. 304 ailənin, 1167 nəfər … Read more

Covid-19 (koronavirus) pandemiyası kontekstində Azərbaycan cəmiyyətində vətəndaş-dövlət münasibətlərinə nəzər

27c2ba49 f75f 4ff3 9214 f59a96f747b0

Azərbaycanda hamımız formal olaraq vətəndaş hesab edilirik, lakin dövlətin bizə münasibəti heç də vətəndaş-dövlət münasibətlərinə uyğun gəlmir. Çünki vətəndaş hesab edilsək belə, bir çox təməl hüquqlarımız təmin olunmur və kobudcasına pozulur. Amma indi məqsədimiz Azərbaycan dövlətinin insanlarla özünün vətəndaşı kimi rəftar edib-etmədiyini müzakirə etmək deyil. Bizi maraqlandıran məsələ budur ki, Azərbaycanın formal vətəndaşlarının bir çoxu … Read more

Tovuzda dezinfeksiya işləri aparılıb – Foto+Video

DSC

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikanın hər bir yerində olduğu kimi Tovuz rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib. Belə ki, “Qərb Xəbər” saytının məlumatına görə, şəhərin mərkəzində hərəkətin gur olduğu yerlərdə dezinfeksiya işləri aparılıb. Görülən işlərdən çəkilmiş fotoşəkilləri və videonu təqdim … Read more

DİM: Sənəd qəbulu təxirə salınıb

Dim dovlet imtahan merkezi 110417 (1)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. DİM-dən … Read more

Qeyri-iş günlərinin müddəti müəyyən edilib

71353daf 99be 46cd a265 bad917f38af5

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri … Read more

Azərbaycanda koronavirusdan ölənlər var

A6e101e9 1d27 4ee8 b413 beaf0d698bb6

Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin … Read more

Qazaxda biri on beş manata satılan yumurta – FOTO

423350940

Qazax rayon Ağköynək kənd sakini Siyavuş Eminov şəxsi təsərrüfatında dekorativ ev quşları saxlayır. Bunlar arasında vətəni Hindistan olan Brahma toyuqları gözəlliyi və gəlirliliyi ilə seçilir. Ekzotik görünüşü – kiçik saqqalı, tüklü ayaqları, istiyə və soyuğa davamlı olması ona qarşı marağı artırır. Brahma toyuqları ətlik cins olsa da, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar … Read more

Ağstafada avtomobil aşıb, yaralılar var

20a12fcd 2120 471b 98e1 130f78351a5d

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib. Report xəbər verir ki, Ağstafa rayon Düzqışlaq kənd ərazisində “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü və 2 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, aşan avtomobil taksi olub. Faktla bağlı araşdırma aparılır.