Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Tbilisidəki Azərbaycan teatrının aktyorları işdən çıxarıldı

27 mart / 12:17 2 dəq
1d711ef8 5c0e 44c4 8003 c1ad01856cf7
27 mart / 12:17
Burada sizin reklamınız ola bilər

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında səs-küyə səbəb olan qalmaqallı vəziyyət yaranıb.

“Report” xəbər verir ki, teatr rəhbərliyi 8-i peşəkar aktyor olmaqla 11 nəfəri işdən azad edib.

İşdən çıxarılanlar bu qərarı ədalətsiz adlandırıblar. Onların arasında uzun illər teatrda çalışanlar da var. Aktyorların sözlərinə görə, bu addımla Gürcüstandakı Azərbaycan mədəniyyətinə böyük zərbə vurulub.

Mədəniyyət ocağından aktyorların qovulması onların teatrın 2019-cu ildən bədii rəhbəri təyin olunan Turqay Vəlizadəni boykot etmələri ilə bağlıdır. Belə ki, aktyorların böyük əksəriyyəti onun bu vəzifəyə təyinatını dəstəkləmədiyindən etiraz əlaməti olaraq teatrda fəaliyyətlərini dayandırıblar. Aktyor truppası T.Vəlizadəni qeyri-peşəkarlıqda və səriştəsizlikdə günahlandırıb.

Teatrdakı vəziyyət barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi də məlumatlı olub.

Gürcüstanın Azərbaycan icmasının nümayəndələri də teatrdan kütləvi işdən çıxarılmanı olduqca kəskin qınayıblar. İşdən qovulanlara dəstək ifadə edən əksər azərbaycanlı gənclər və ictimai fəallar T.Vəlizadənin dərhal istefa verməsini tələb edirlər. Onlar ədalətin tezliklə bərqərar olacağına ümid etdiklərini bildiriblər.

T.Vəlizadə hələ məsələyə münasibət bildirməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı