Oktyabrın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən
“Qərb Xəbər”ə verilən məlumata görə, Şahdağ, Qoşqar (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.
Qar örütüyü hündürlüyü Şahdağda 16 sm olub.