Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ukraynanın Kurska hücumu: Ölənlər var, donor qan ehtiyatı görülür – FOTO

8 avqust / 10:25 2 dəq
Ukrayna ordusu
8 avqust / 10:25
Burada sizin reklamınız ola bilər

Ukrayna ordusunun Kursk vilayətinə hücum etdiyi barədə məlumat vermişdik.

Qerbxeber.com xəbər verir ki, bölgədəki durumla bağlı son məlumat yayılıb. Kursk vilayətində təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejiminə keçib, tibb müəssisələri donor qanı ilə ehtiyatlarını artırırlar. Bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

“Son 24 saat ərzində regionumuz ukraynalıların hücumlarına qəhrəmancasına müqavimət göstərib. Donor qan ehtiyatı toplanır”, – deyə qubernator sosial şəbəkədə yazıb.

Bundan əvvəl vilayətin qubernatoru səlahiyyətlərini icra edən şəxs məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri sərhəddə yerləşən Sudji şəhəri yaxınlığında təcili tibbi yardım maşınını vurub, nəticədə sürücü və feldşer həlak olub, təcili yardım həkimi yaralanıb. Sudja yaxınlığındakı monastırın əsas kafedralının da yandırıldığı bildirilir.

Hazırda xəsarət alanların sayı 28 nəfərə çatır. Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın verdiyi məlumata görə, Kursk vilayətində ukraynalı hərbçilərin kütləvi hücumu nəticəsində üçü bir ailədən olmaqla altı uşaq yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nın qarşısını alıb və məhv edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri 300-ə qədər silahlı zirehli texnikanın dəstəyi ilə Kursk vilayətində dövlət sərhədi yaxınlığındakı Rusiya mövqelərinə hücuma cəhd edib.

KİV-in məlumatına görə, Rusiya və Ukrayna qüvvələri arasında döyüş gecəyə kimi davam edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı