Covid-19 virusu yayılandan sonra Azərbaycanda bir çox idarə və müəssisələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
“Qərb Xəbər” daxil olan iddialara görə, qərb bölgəsində fəaliyyət göstərən bəzi qurumlar fonda ayırdıqları vəsaiti əməkdaşlarından toplayır.
Hazırda bununla bağlı araşdırmalar aparırıq. Rəsmi qurumlar zənglərə cavab vermir, zənglərə cavab verən qurumlar suallardan yayınır.
Yaxın zamanda araşdırmamızın nəticəsini saytımıza yerləşdirəcəyik.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam da imzalayıb.
Sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılıb.