Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycanda yoluxma sayı aşağı düşdü

F7424d73 a824 37b5 bffb 9e79dbff35c7

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat … Read more

Tovuzda “Xalçaçı günü” qeyd olunub – Video

IMG 20210505

Hər il may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur. “Qərb Xəbər”in məlumatına görə, bu münasibətlə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə  “Azərxalça” ASC-nin respublika üzrə 21 filialında olduğu kimi, Tovuz filialında da “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü mayın 5-də, saat 10:00-dan 18:00-dək davam edib.  … Read more

“Vətən Müharibəsi Qəhrəman”larının adları əbədiləşdiriləcək

Veten

Azərbaycan Respublikasının “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanununa dəyişiklik edilir. “Qərb Xəbər”in məlumatına görə, dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Rəsmi: Ramazan bayramda məhdudiyyət olmayacaq

6093a348d1a5e6093a348d1a5f16202883286093a348d1a5b6093a348d1a5d

“Ramazan bayramı günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”. “Qərb Xəbər”in məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

10 maydan etibarən hər kəs vaksiyansiya prosesinə qoşula bilər

8b1af2e8 651f 3804 9ef8 32226274333b

“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”. “Qərb Xəbər”in məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, – əlavə edib.

Tovuz sakininin əkdiyi taxıl biçilib, yerinə ağac əkilib – Video

IMG 20210504

Tovuz rayon Düz Qırıqlı kəndində məskunlaşan məmmədovlar ailəsi iddia edir ki, onlara məxsus olan 1,10 ha torpaq sahəsi dövlət tərəfindən örüş sahəsi kimi verilib. “Qərb Xəbər”ə danışan ailə bildirib ki, keçən il dövlət tərəfindən onlara subsidiya ayrılıb və bununla da ailə örüş sahəsinin bir hissəsində taxıl əkib. Bir neçə gün öncə həmkəndliləri Xasiyev Eldar Ziyad … Read more

Sabaha 22 dərəcə isti gözlənilir

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-22, … Read more

İlham Əliyev Qaribaşvilini qəbul edib

49625194 a2f0 330b 8f86 5b559b90f81e

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. “Qərb Xəbər”in məlumatına görə, Gürcüstanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib: – Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq və bizim qardaşlıq münasibətlərimizi gücləndirəcək. Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, … Read more

Bölgələr üzrə koronavirusa yoluxma statistikası

96a515b8 62c3 35f6 af2d 8145c2b47ffc

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. “Qərb Xəbər”in məlumatına görə, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 12,9 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,3 %, Şəki-Zaqatalada 4,2 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,4 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,3 … Read more

İlkin Süleymanovun məhkəməsinin vaxtı məlum olub

D1c02969 c0f1 37fb 977b 12d70e5a92c2

Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Reportun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə mayın 17-nə təyin edilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış … Read more

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir – Video

Bf6fa6ae deb9 3980 aca3 0fb841643285

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər. PUA heyətləri şərti … Read more

Sabaha gözlənilən hava

1556878313 1505035008 shimshek17

Mayın 5-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yadığı məlumata görə, bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz … Read more

Yeni qanun uşaqların dini etiqada məcbur edilməsini qadağan edir

59f4e910 0ed2 39e6 8c0f 15f9624fbbb0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Reportun xəbərinə görə, layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Sənəddə qeyd edilib ki, uşaqların dinə etiqada məcbur edilməsi qadağan olunur. Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, … Read more

Milli Məclisin iclası keçirilir

Millimeclis1

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. “Qərb Xəbər”in məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun … Read more

İbadətin səbəbi axtarılmaz – Əbülfəz Elçibəy

Elcii33

“Qərb Xəbər” Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 1999-cu ildə “Zaman” qəzetində nəşr olunmuş fikirlərini təqdim edir: Ramazana müxtəlif adamlar müxtəlif məntiqlərdən yanaşırlar. İslamın bu hökmünə dünyəvi, elmi, fəlsəfi məntiqdən baxmaq məncə yalnışdır. Məsələn, deyirlər ki, oruc tutarkən mədə istirahət edir, bədəndəki bəzi mikroblar ölür vəs. Guya orucu bunlara görə tutmaq lazımdır. Axı bu … Read more

Qazaxda avtomobilin vurduğu piyadanın kimliyi məlum olub

Photo

Xəbər verdiyimiz kimi, Qazax rayonunun Çaylı kəndində yolu qarşı tərəfə keçmək istəyərkən avtomobilin vurduğu piyadanın kimliyi məlum olub. “Qərb Xəbər”in məlumatına görə, zərərçəkmiş kənd sakini, 17 yaşlı Kənan Habil oğlu Əhmədovdur. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.Hadisənin təfərrüatları araşdırılır.

Şəmkirdə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən polisə hökm oxunub

Azərbaycan polisi

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Reportun xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan … Read more