Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ermənistanın Qazaxla sərhəd hissəsində yanğın baş verib

IMG 20210706 223455

Təxminən 1 saat davam edən külək nəticəsində Ermənistanın Azərbaycanın Qazax rayonu ilə sərhəd hissəsində yanğın hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə, yanğından sonra Qazax səması alov rənginə bürünüb. Hazırda Qazax rayonunun Astanbəyli kəndi ərazisində təhlükə hiss olunduğundan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tam hazırlıq vəziyyətinə gətirilib. Hazırda külək dayanıb. Yanğının Ermənistanın God kəndi istiqamətində … Read more

Azərbaycan hərbi qulluqçusu yaralanıb

936c23ea 9557 3986 b040 fcd251e5cf2b

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan Azərbaycan hərbi qulluqçusu baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi … Read more

Azərbaycanda 78 yeni yoluxma faktı qeydə alınıb

51a30964 09ba 3f9b 9df2 3ae7ca9815b8

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv … Read more

Müdafiə Nazirliyi Ermənistanda baş verən insidentlə bağlı məlumat yayıb

6d22c7e2 6dad 3cb6 9574 3a62e73fc381

“Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur”. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində … Read more

Prezident müharibə dövründə zərər dəymiş obyektlərin bərpası üçün vəsait ayırıb

8d6f9a3d 361e 37bf 88d5 a02d2d8572cf

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə atəş açması nəticəsində zərər dəymiş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı … Read more

Azərbaycan və Gürcüstan Qırmızı körpünü birgə bərpa edəcək

7ac3c93b 4960 34da 8ccb 8a29ebb20df8

Gürcüstan və Azərbaycan Qırmızı körpü abidəsini birgə bərpa etməklə bağlı müzakirələr aparır. Reportun yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Qırmızı körpü həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir: “Biz bu abidənin qayğısına bir yerdə qalmalıyıq. … Read more

Sabahın havası

Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə … Read more

İran-Azərbaycan sərhədində silahlı insident baş verib

47333b2c 30db 3f7f 99fb e430a8360923

İyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Bu Barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, sərhəd pozucularının silah və gecə … Read more

Bu imtahanların vaxtını dəyişdirib

Azedu.az rezidentura iimtahan

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib. Mərkəzin məlumatına görə, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti … Read more

Tovuz döyüşləri şəhidinin adına küçə verilib

27ce2f5e ca33 36b2 8d3c 40c0e08b9191

Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib. Bu barədə şəhidin ailə üzvləri məlumat yayıb. Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib. Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. … Read more

Qazaxda mikroavtobusun aşması nəticəsində 10 nəfər xəsarət alıb

1b4c3496 9777 399a ae29 89a0bde168f3

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib. Reportun məlumatına görə, xəsarət alanlar – Qazax rayon sakinləri, İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı. Qəza nəticəsində daha 2 nəfər və sürücü xəsarət alıb. Qeyd edək ki, … Read more

FHN özünü dərəyə atan şəxslə bağlı məlumat yayıb

56a974f5 b4d2 315a 930c 634864f39af2

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 vətəndaşın körpüdən yıxılaraq dərəyə düşməsi barədə məlumat daxil olub. Nazirliyin məlumatına görə, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, məlum olub ki, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu intihar məqsədi ilə … Read more

Qəbul imtahanlarının saatı dəyişdirilib

Azedu.az rezidentura iimtahan

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. DİM-in məlumatına görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti … Read more

Milli Məclisin təxirə düşmüş iclasının gündəliyi

Millimeclis1

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. “Qərb Xəbər”in məlumatına görə, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 13 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki … Read more

Hava proqnozu

D6a630d5 0e9f 3e5a b219 c9524d1558d2

İyulun 6-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb

60e2c5f9a1ce960e2c5f9a1cea162547455360e2c5f9a1ce760e2c5f9a1ce8

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil körpüsünün üzərində qeydə alınıb. Körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü körpüdən atan şəxsin 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu olduğu məlum olub.

Müharibə veteranına nə iş verirlər, nə qaz, nə pensiya… – Video

1625223631850

Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini I Qarabağ müharibəsi veteranı Əliyev Yaşar Hümbət oğlu sosial problemlərdən əziyyət çəkir. Müsahibimizin “Qərb Xəbər”ə verdiyi məlumata görə, I qarabağ müharibəsi zamanı Ağdərə, Füzuli istiqamətlərində döyüşüb və yaralanıb. Aldığı yaralardan iş qabiliyyətini itirib. Ona verliən epikrizlərdə və digər sənədlərdə əlillik dərəcəsi düşsə də, o, bu adı ala bilməyib. Müsahibimiz … Read more

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Agstafa rayonu

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub. “Qərb Xəbər”in məlumatına görə, Qurbanov Şahhüseyn İmamqulu oğlu Ərazi idarəetmə orqanları ilə iş şöbəsində müdir təyin olunub. Qurbanov Şahhüseyn bu təyinatdan əvvəl adıçəkilən qurumda ictimai-siyasi və humanitar şöbədə baş məsləhətçi işləyib.

Bu gün 9000-dən çox şəxs imtahan verib

Azedu.az rezidentura iimtahan

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək … Read more