Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Tovuz döyüşləri şəhidinin adına küçə verilib

6 iyul / 00:40 1 dəq
27ce2f5e ca33 36b2 8d3c 40c0e08b9191
6 iyul / 00:40
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.

Bu barədə şəhidin ailə üzvləri məlumat yayıb.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra – iyulun 16-da onun qızı dünyaya gəlib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı