Hava proqnozu

D6a630d5 0e9f 3e5a b219 c9524d1558d2

İyulun 6-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb

60e2c5f9a1ce960e2c5f9a1cea162547455360e2c5f9a1ce760e2c5f9a1ce8

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil körpüsünün üzərində qeydə alınıb. Körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü körpüdən atan şəxsin 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu olduğu məlum olub.

Müharibə veteranına nə iş verirlər, nə qaz, nə pensiya… – Video

1625223631850

Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini I Qarabağ müharibəsi veteranı Əliyev Yaşar Hümbət oğlu sosial problemlərdən əziyyət çəkir. Müsahibimizin “Qərb Xəbər”ə verdiyi məlumata görə, I qarabağ müharibəsi zamanı Ağdərə, Füzuli istiqamətlərində döyüşüb və yaralanıb. Aldığı yaralardan iş qabiliyyətini itirib. Ona verliən epikrizlərdə və digər sənədlərdə əlillik dərəcəsi düşsə də, o, bu adı ala bilməyib. Müsahibimiz … Read more

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Agstafa rayonu

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub. “Qərb Xəbər”in məlumatına görə, Qurbanov Şahhüseyn İmamqulu oğlu Ərazi idarəetmə orqanları ilə iş şöbəsində müdir təyin olunub. Qurbanov Şahhüseyn bu təyinatdan əvvəl adıçəkilən qurumda ictimai-siyasi və humanitar şöbədə baş məsləhətçi işləyib.

Bu gün 9000-dən çox şəxs imtahan verib

Azedu.az rezidentura iimtahan

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək … Read more

101 yeni yoluxma faktı qeydə alınıb

96a515b8 62c3 35f6 af2d 8145c2b47ffc

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 … Read more

Şənbə gününə gözlənilən hava

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Babaşov mərkəzi bazara baş çəkib, vəziyyətlə maraqlanıb

1625124082 mg

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iyunun 1-də “Nazim” MMC-yə məxsus mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edib. “Göyəzən”in xəbərinə görə, mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bundan əlavə, icra başçısı … Read more

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliklər qəbul edilib

Pensiyachi

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Repotun xəbərinə görə, dəyişikliklə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi … Read more

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir

Millimeclis1

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. “Qərb Xəbər”in məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 10 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan … Read more

Prezident DİN əməkdaşlarını təltif edib

B4308647 c9b7 3177 b298 e191b5acde50

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti … Read more

Avropa Rustavi-Qırmızı körpü yolunun inşası üçün vəsait ayırıb

6ddaf78406349ba47daa976b08076d57

Avropa İnvestisiya Bankı (ECB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106,7 milyon avro ayırıb. 24News.ge xəbər verir ki, bu barədə Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb. Avropa İnvestisiya Bankından alınan kreditlə yolun iki hissəsinin təmiri həyata keçiriləcək: birincisi, Alget və Sadaxlı arasındakı 30 kilometrlik, ikincisi isə Rustavi ilə Qırmızı Körpü … Read more

Dövlət qulluğu imtahanına qeydiyyat elan olunub

Imtahanmuellim

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin avqust ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib. DİM-in mətbuat Xidmətinin məlumatına görə, imtahanın 5 avqust 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi tərəfindən 5 avqust 2021-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun … Read more

Rayonlarda yağış yağacağı gözlənilir

Rain

İyulun 2-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

Həqiqi hərbi xidmətə çağırış başlayıb

0371e883 9004 39a7 877e dd7f7332ec01

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək … Read more

Ağstafa prokurorluğu bələdiyyə sədrinə cinayət işi açdı

Dba28879 d577 3e93 ba1b 3fda18c380e1

“Ağstafa rayonunun Tatlı kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon Prokurorluğunda araşdırma aparılıb”. Bu barədə Ağstafa Rayon Prokurorluğu məlumat yayıb. Məlumata görə, aparılan araşdırma ilə müəyyən edilib ki, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə … Read more

Azərbaycanın pomidor ixracı 30% azalıb

6e9a879c 5cb6 32ce aa94 b21577647fb4

Bu ilin yanvar-may aylarında Azərbaycan 87 milyon dollarlıq tomat (pomidor) ixrac edib. Report-un xəbərinə görə, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir. Sənədə əsasən,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azdır. Təkcə bu ilin may ayında isə Azərbaycan 44,7 milyon dollarlıq tomat (pomidor) ixrac edib ki, bu da … Read more

Tarif Şurası təbii qazın yeni qiymətlərini müəyyənləşdirib

Fd77bca7 f730 39a4 b978 93601b10f605

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. Qurumun yaydığı məlumata görə, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi … Read more