“İxtisas seçimi avqustun 30-da başa çatacaq, 3-4 gün ərzində bazadakı yoxlamalar bitəndən sonra nəticələri elan olunacaq”.
“Qərb Xəbər”in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlayıb.
Sərdin sözlərinə görə, bundan sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 4-5-6-sı olacaq”.