Dünya

Husilər İsrail aviabazasına raket hücumu ediblər

2 may / 11:55 1 dəq
Indir 2025 05 02t115252.739
2 may / 11:55
Burada sizin reklamınız ola bilər

Yəmənin şimalında hakim olan hərbi-siyasi “Ənsar Allah” hərəkatı (husilər) ilk dəfə İsrailin şimalındakı Ramat David hərbi aviabazasına raket hücumu ediblər.

Qerbxeber.com məlumatına görə, bu barədə husilərin silahlı qüvvələrinin məlumatında deyilir.

“Biz işğal olunmuş Hayfanın şərqində yerləşən Ramat-David aviabazasına qarşı hərbi əməliyyat həyata keçirdik. Əməliyyat “Fələstin-2″ hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb. Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib”, – məlumatda qeyd olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər