Hadisə

Anar Eyvazov: “Antiterror tədbirlərindən sonra Qarabağda xeyli sayda silah-sursat aşkarlanıb”

21 noyabr / 08:56 1 dəq
Indir 2023 11 21T085536.048
21 noyabr / 08:56
Burada sizin reklamınız ola bilər

“2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 300-dən çox insan minaların qurbanı olub”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

“Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə aparılan yoxlama zamanı Rusiya sülhməramlıları ilə birlikdə xeyli sayda silah-sursat və hərbi texnika aşkar edib”, – o vurğulayıb.

A.Eyvazov qeyd edib ki, müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərin bərpası, mina və partlamamış hərbi sursatların təmizlənməsi, yolların və kommunikasiyaların qurulması istiqamətində tədbirlər həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər