Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 21-də rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.