Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tbilisidə geniş miqyaslı aksiya keçirilib

20 iyul / 22:19 2 dəq
Tbilisidə aksiya
20 iyul / 22:19
Burada sizin reklamınız ola bilər
4 oktyabrda planlaşdırılan bələdiyyə seçkilərinə qarşı Tbilisidə izdihamlı etiraz aksiyası keçirilib.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, vətəndaşlar Tbilisi Dövlət Universitetinin qarşısında toplaşıb yürüşlə Parlament binasına doğru hərəkət ediblər.

Paytaxtın əsas prospekti Rustavelidə toplaşanların əsas tələbi – yeni parlament seçkilərinin təyin olunmasıdır.

Etiraz aksiyası zamanı 8 siyasi partiya birgə bəyanatla çıxış edib – onlar yerli özünüidarəetmə seçkilərində iştirakdan imtina etdiklərini bildiriblər və regionlarda “Müqavimət üzvlərinin təşkilatlanmasına” başlayacaqlarını elan ediblər.

Bəyanatı vətəndaşlara “Azadlıq Meydanı” lideri Levan Tsutsqiridze oxuyub:

“İvanişvilinin rejimi 4 oktyabrda Gürcüstanda növbəti Rusiya xüsusi əməliyyatını planlaşdırır. Biz – 8 Qərbpərəst qüvvə – Gürcüstan vətəndaşlarını aldatmaq məqsədilə bu rejimin şəriki olmayacağıq. 4 oktyabr tarixindəki rus xüsusi əməliyyatında iştirak etməyəcək, Gürcüstan vətəndaşlarını ekzistensial təhlükə qarşısında tək qoymayacağıq. İvanişvilinin cinayətkar rejimi tərəfindən yaradılmış xaos və ədalətsizliyin qanuniləşdirilməsində iştirak etməyəcəyik. Biz yalnız azad parlament seçkilərini tanıyırıq və buna rejimin prinsipial və ardıcıl şəkildə təcrid olunması yolu ilə nail olacağıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı