Ağstafa rayonunda ard-arda baş verən iki avtomobil qəzasında üç nəfər xəsarət alıb.
“Qərb Xəbər” məlumat verir ki, hadisələrdən biri Poylu kəndində qeydə alınıb. Kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı E.Qurbanov xəsarət alıb və o, xəstəxanaya aparılıb.
Digər hadisə isə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü V.Bayramov və onun həmyaşıdı, N.Nəcəfov xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalara başlanılıb.