Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Ağstafa polisi əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər keçirib

28 oktyabr / 12:06 3 dəq
C427a0a2 59b0 33c4 9bd2 f000a7c3fcd8
28 oktyabr / 12:06
Burada sizin reklamınız ola bilər

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVID-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 14 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Bundan başqa, rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki təbirlər keçirilib. Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVID-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunmamasını yoxlayıb. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. İşçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib. Mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı