Şoyqu: “Rusiya nüvə potensialını inkişaf etdirəcək”
“Rusiya ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatı kimi nüvə potensialını, triadasını inkişaf etdirməyə, dəstəkləməyə və onun döyüş hazırlığını qorumağa davam edəcək”.
“Qərb Xəbər” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu yanvarın 10-da Rusiya Müdafiə Nazirliyinin tematik konfransında ölkənin müdafiə naziri Sergey Şoyqu deyib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin nüvə triadasında müasir silahların səviyyəsinin 91%-i keçdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya nüvə triadasının döyüş hazırlığını qoruyub saxlayacaq və təkmilləşdirəcək, çünki bu, dünyada qüvvələr balansının əsasını təşkil edir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı